Gənclər üçün milli təlim kursu başlayıb
Tarix: 28.08.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Ötən gün Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi üzrə milli təlim kursunun açılış mərasimi keçirilib. Toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud Azərbaycanın tarixən çox konfensiyalı və polietnik ölkə olduğunu deyərək tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini bildirib. Azərbaycanın dünyada multikultral ənənələrə, potensiala və davamlı inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirildiyini qeyd edən Birlik sədri icra edilən layihənin ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıdığını vurğulayıb. 2008-ci ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə milli donor inistitutunun yaradılması istiqamətində verdiyi sərəncamların vətəndaş cəmiyyətinin həyatında yeni mərhələ yaratdığını bildirən Elməddin Behbud bu gün ən müxtəlif sahələrdə yüzlərlə milli QHT-nin sosial, insan hüquqları, mədəni- humanitar, ekoloji və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsinin heç bir ayrıseçkiliyə yol vermədən bütün insanların hüquqlarının qorunmasının vacibliyini təbliğ etdiyini bildirən DANİB sədri keçirilən təlim kursunun 5 gün müddətində davam edəcəyini deyib.
Mərasimdə çıxış edən Prezident yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov müasir dövrdə dünyada sabitliyin qorunmasında, cəmiyyətlərin sabit, tolerant mühitdə inkişafında multikultralizmin mühüm rol oynadığını bildirib. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) ötən illərdə də Gənclər Fondu ilə uğurla əməkdaşlıq etdiyini bildirən Orxan Ərəbov “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsinin vacib və strateji əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayıb.
Təlimin açılışında “Nifrət Nitqinə Yox Hərəkatı”nın ölkəmizdəki koordinatoru olan Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının əməkdaşı Bəyimxanım Məmmədova kampaniyanın təqdimatını edib.
Daha sonra layihənin təlimçisi Xəyaym Namazov proqram üzrə dərsə başlayıb.
Qeyd edək ki, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.
27 -31 avqust 2014-cü il tarixlərində AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.
Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info