Region gənclərinə milli-mənəvi dəyərlərimiz aşılanır
Tarix: 28.08.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Regionlarda Gender Bərabərliyinin Təbliği İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərimizin mənəvi aləminin zənginləşməsində milli mentalitetimizin rolu” adlı layihəsini 27 avqustda Mingəçevir şəhərində və 28 avqustda isə Naftalan sanatoriyasında həyata keçirib. İB-ın sədri Xuraman Mirzəzadə bildirib ki, layihənin əsas mahiyyəti gənclərdə vətənpərvərlik ruhunun tərbiyə olunması, onlara milli-mənəvi dəyərlərimizin aşılanması, mental xüsusiyyətlərimizin üstün cəhətlərinin izah olunmasından ibarətdir. Azərbaycan Prezidentinin sərəncamı ilə hər il xeyli sayda tələbə xaricə təhsil almağa gedir. Bundan əlavə ayrı-ayrı proqramlar və şəxsi vəsaitlər hesabına da xaricə təhsil dalınca gedən gənclərimiz var. Amma bu gənclər öz milli–mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə dərindən bələd olmadıqlarından getdikləri ölkələrdə Azərbaycanı lazımınca təmsil edə bilmirlər. Eyni zamanda onlar dövlət atributlarımızın rəmzi mənalarını da əsaslı şəkildə izah etməkdə çətinlik çəkirlər. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə çıxışı sürətlənir. Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Son dövrlərdə istər iqtisadi, istərsə də siyasi-ideoloji sahədə mühüm uğurlarımız olub. Bu irəliləyiş özünü elm, təhsil və mədəniyyətdə də büruzə verir. Zaman ölkəmizin sivil, demokratik dünyaya inteqrasiyasının zəruriliyini diktə edir. Belə bir dünyaya isə biz əliboş gedə bilmərik. Biz müasir dünyaya onun bir parçası kimi inteqrasiya olunmaq istəyiriksə, onda bu dünyaya öz mədəni, elmi, əxlaqi töhfələrimizi verməliyik. Bizim gənclərimiz dünya gəncləri ilə rəqabətə davamlı gənclər kimi yetişməlidir. Odur ki, bu gün orta məktəblərdən başlayaraq şagirdlərə milli kökü, tarixi, ədəbiyyatı, mədəniyyəti, xalqının bu günü və gələcəyi barədə düşünmələri üçün mövzular vermək, onlara öz kimliklərini tanımaqda, milli mənsubiyyətlərini dərindən dərk etməkdə yardım göstərmək lazımdır. Sovet dövründə öz tarixi, milli kimliyi, mədəniyyəti unutdurulmağa çalışılmış bu ölkənin gəncləri Azərbaycanın müstəqillik qazanması ilə milli köklərinə, adət-ənənələrinə qayıtmaları üçün gözəl fürsət əldə ediblər. Bu gün məktəblilərdə milli-mənəvi dəyərlərə marağın artırılması, onlara dünya mədəniyyətinə yalnız öz milli mədəniyyətimizlə töhfə verə biləcəyimizi izah etməyə çox böyük ehtiyac var. Eyni zamanda bu gün hər bir azərbaycanlı uşağı, gənci ərazilərimizin işğal altında olduğunu bilir. Biz nə qədər gənclərimizə xalqımızın tarixini, mübarizə əzmini, necə ağır müharibələrdən zəfərlə çıxdığını aşılaya, onlarda milli mentalitetimizə xas olan xüsusiyyətləri üzə çıxara bilsək, qələbəyə bir o qədər yaxınlaşmış olarıq. Ümummilli lider Heydər Əliyev 2001-ci ilin avqustunda verdiyi bəyanatında milli mentalitetdən bəhs edərək demişdi: «Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə, dini dəyərlərimizlə fəxr edirik».

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info