PA rəsmisi: “Ərazisinin 20%-i işğal edilmiş ölkə necə kompromisə getməlidir?”
Tarix: 28.08.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Bəzən Türkiyədən 90 il əvvəl heç baş verməyən soyqırımın tanımasını tələb edirlər. 20 il əvvəl Xocalıda hər kəsin gözü qarşısında törətdikləri və hətta özlərinin də etiraf etdikləri soyqırımı xatırlamaq istəmirlər. Türkiyədən Azərbaycan torpaqlarını işğal etdiyi üçün bağladığı Ermənistanla sərhədləri açılmasını istəyirlər”. Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Qərbin bəzi dairələri Ermənistanı işğalçı kimi göstərməkdən çəkinirlər: “Bu müharibədə Ermənistan da yüzlərlə əsgər itirib. Əgər Ermənistan təcavüzkar deyildirsə, onlar Azərbaycan torpaqlarında nə gəzirdilər? Azərbaycan əsgəri öz mülki əhalisini qoruyur”.
T.Qurbanov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı kompromisə gedilməsi yolu ilə həlli üçün çağırış edirlər: “Ərazisinin 20%-i işğal edilmiş ölkə necə kompromisə getməlidir?”
Azərbaycanın mövqeyinin qəti olduğunu deyən PA nümayəndəsi bildirib ki, münaqişə BMT-nin 4 qətnaməsi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların qərarları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll oluna bilər: “Torpaqlar işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Növbəti mərhələdə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilə bilər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info