Komitə Beyləqanda “Açıq qapı” günü keçirəcək
Tarix: 29.08.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) ərazi idarəsinin yeni inzibatı binasının açılışı və ərazi idarəsində KİV nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı” gününün təşkilində məqsəd ictimaiyyəti və mətbuat nümayəndələrini ərazi idarəsində həyata keçirilən daşınmaz əmlakın qeydiyyatı prosesi, müasir tələblərə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, qeydiyyatla bağlı hüquqi prosedurları əyani nümayiş etdirmək.
Eyni zamanda həmin gün komitənin göstərdiyi mobil ofis xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə yeni alınmış avtonəqliyyat vasitələrinin təqdimatı və aidiyyəti qurumların iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri keçiriləcək.
Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 01 sentyabr 2014-cü il tarixində saat 10:30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) ərazi idarəsində olmaları xahiş olunur. Ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95. (Beyləqan şəhər bələdiyyə binasının yaxınlığı).
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info