Litvalı tədqiqatçı qaçqın və məcburi köçkünlərimizlə bağlı məlumatı beynəlxalq ictimaiyyətə çatdıracaq
Tarix: 29.08.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir. 2014-cü ilin III rübü üzrə Litvanın Nikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutunun mütəxəssisi elmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparıb. Aparılan elmi araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulmuş qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticəni beynəlxalq ictimaiyyətə çatdırmaq olub. Sözügedən tədqiqatçı aidiyyəti qurumlarla görüşlər keçirib, İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə qaçqın və məcburi köçkünlər üçün salınmış Binəqədi rayonunda yerləşən şəhərciyi ziyarət edib və orada yaşayan ailələrə dövlət tərəfindən edilən yardım eyni zamanda göstərilən dəstəklə tanış olub. 29 avqust 2014-cü il tarixində qeyd olunan proqram çərçivəsində regionla bağlı tədqiqatlar aparan litvalı tədqiqatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilib. Təcrübə proqramının sonunda qeyd olunan iştirakçı proqramı başa çatdıraraq müvafiq sertifikatlarla təltif edilib. AİDA və AMEA-nın İnsan Hüquqları İnstitutunun birgə həyata keçirdiyi bu tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info