Gənclərə mədəniyyətlərarası dialoqla bağlı treninqlər keçirilib
Tarix: 01.09.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda öz işinə başlayan “Beynəlxalq Gənclər Düşərgəsi”nin bağlanış mərasimi keçirilib.
Düşərgənin fəaliyyət göstərdiyi 4 gün ərzində ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Slovenyia, Türkiyə, İndoneziya, Vyetnam, Qazaxıstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Banqladeş və Moldovadan gəlmiş 20-dək gənc düşərgə çərçivəsində müxtəlif mövzuları müzakirə ediblər. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarəçiliyi barəsində treninqlər keçirilib. Mərasimdə çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” BGİ-nin sədri Fuad Muradov bildirib ki, paytaxtımızda qonaq olan gənclər Azərbaycanın sürətli inkişafının şahidi olublar. Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar nəticəsində inkişaf edən ölkəmiz dünyanın diqqət mərkəzində olan bir dövlətə çevrilib. Deputat bildirib ki, mürəkkəb regionda yerləşən Azərbaycan həyata keçirilən bu siyasət nəticəsində sabit dövlət olmaqla eyni zamanda Cənubi Qafqazın da təhlükəsizliyində ən vacib ölkəyə çevrilib: “İlham Əliyevin prioritet verdiyi digər məsələ gənclər siyasətidir. Ölkə gənclərinin öz potensialını ortaya qoyması üçün hər cür imkanlar yaradılıb. Bunun üçün dövlət başçısının imzaladığı Gənclər siyasəti ilə bağlı dövlət proqramı onlar üçün hər cür şərait yaradır”.
F. Muradov mədəniyyətlərarası dialoqun yaradılmasında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edib: “Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin sosial-mədəni həyatında çox böyük layihələr həyata keçirilir. Təhsil sahəsində aparılan işlər bu baxımdan ciddi nəticələri göz önündədir. Azərbaycan dövlətinin xarici ölkələrdə təbliği ilə bağlı Heydər Əliyev Fondunun apardığı işlər misilsizdir və ölkəmizin çoxəsrlik mədəniyyətinin tanıdılmasında çox böyük rol oynayır”.
Qeyd edək ki, tədbir çərçivəsində “Beynəlxalq Gənclər Düşərgəsi”nin iştirakçıları Heydər Əliyev Mərkəzində, Bakıda fəaliyyət göstərən dağ yəhudilərinin sinaqoqunda, “Əjdərbəy” məscidində, Azərbaycan Mədəniyyət Muzeyində olublar.
Xatırladaq ki, “Böyük İpək Yolu” BGİ” 2012-ci ildə Bakıda 27 ölkə gənclərinin iştirakı ilə təsis olunub. Təşkilatın məqsədi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni və humanitar əlaqələrin yaradılması və genişləndirilməsidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info