“Dövlət maraqlarında mətbuat vahid mövqedən çıxış etməlidir”
Tarix: 02.09.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Əflatun Amaşov: “Təmas xəttində müşahidə olunan gərginlik zamanı Azərbaycan mətbuatı öz vəzifəsini layiqincə yerinə yetirə
bilmədi”


“Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində baş verən olayların mediada işıqlandırılması ilə bağlı Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə gördüyü tədbirləri intensivləşdirəcək”. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, görülən tədbirlər cəbhə bölgəsində baş verən olaylarla bağlı mənbəyə söykənən informasiyaların ölkə ictimaiyyətinə çatdırılmasından ibarət olacaq: “Bu, indiki şəraitdə kifayət qədər önəmlidir. Bu sahədə ciddi addımlar atmaq lazımdır. Əgər hansısa mətbuat orqanında rəsmi mənbələrə söykənməyən yazılar yayımlanarsa və bunların nəticələri ürəkaçan olmazsa, həmin mətbuat orqanlar ictimai qınağa çəkiləcək. Həm də bununla bağlı digər cəza növləri də seçmək lazımdır”. Ə.Amaşov təəssüflə qeyd edib ki, avqustun əvvəlində qoşunların təmas xəttində müşahidə olunan gərginlik zamanı Azərbaycan mətbuatı öz vəzifəsini layiqincə yerinə yetirə bilmədi: “Baş verən olaylarla bağlı Müdafiə Nazirliyinin, ayrı-ayrı əlaqədar rəsmi qurumların məlumatlarını deyil, müxtəlif mənbələrin - əgər onları mənbə hesab etmək olarsa, - məlumatlarını yayımladılar. Demək olar ki, bu hadisələr zamanı xəbər portallarının sayı bir neçə dəfə çoxaldı. Bəzi məqamlarda isə Ermənistan mətbuatında gedən xəbərlərə də istinad etdilər. Ümumiyyətlə, baş verən olayları düzgün işıqlandırmadılar”. Mətbuat Şurasının sədri qeyd edib ki, ümumiyyətlə, mətbuat daxildə baş verən hadisələri işıqlandırır: "Amma dövləti maraqlarda siyasi yönündən asılı olmayaraq, mətbuat vasitələri vahid mövqedən çıxış etməlidirlər. Hər bir ölkə üçün bu vacib şərtdir. Çox təəssüf ki, biz bu sözləri Azərbaycan jurnalistikasına tam aid edə bilmirik. Daha çox onlayn jurnalistikada bəzi Azərbaycanı istəməyən ayrı-ayrı mərkəzlərin iradları ilə həmin KİV-in mövqeləri üst-üstə düşür. Bu da istər-istəməz hər bir Azərbaycan vətəndaşını narahat etməlidir”. Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası növbəti iclaslarından birincisini avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədə müzakirə olunan məsələlərə həsr edəcək: “Müəyyən planlar üzrə işləyirik. Bu sahədə nələri edə biləcəyimizi müzakirə edirik. Bununla bağlı dəyirmi masalar, konfranslar təşkil edəcəyik. Bu məsələ ilə bağlı KİV-lə aparılan monitorinqləri sürətləndirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info