Moskvada fəaliyyət göstərən Azərbaycan məktəbinin binası əsaslı təmir olunub
Tarix: 02.09.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu daha bir humanist aksiyaya imza atıb. Moskvada fəaliyyət göstərən Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni mənşəli məktəbin binası Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə əsaslı təmir olunub.
Məktəb təmirdən sonra qapılarını yenidən şagirdlərin üzünə açıb. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Leyla Əliyevanın təşəbbüsü ilə məktəbdə abadlıq işləri aparıb.
Məktəbin idman və rəqs zalı tamamilə yenidən qurularaq şagirdlərin ixtiyarına verilib.
Kərim Kərimov adına 157 nömrəli məktəbdə azərbaycanlı şagirdlərlə yanaşı, digər millətlərin nümayəndələri də təhsil alırlar.
Məktəb daimi olaraq Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunur. Burada ümumi tədris proqramından əlavə şagirdlərə Azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilir.
Bilik günü münasibətilə keçirilən tədbirdə məktəbin direktoru Elmira Sultanova şagirdləri, valideynləri təbrik edib.
Sonra ilk zəng vurulub və şagirdlər parta arxasında əyləşiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info