“Star” zavodu Türkiyədə bir layihəyə qoyulan ən böyük sərmayə olacaq
Tarix: 03.09.2014 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Petkim” hazırda Türkiyənin neft və neft-kimya məhsuluna olan tələbatının 20 faizini ödəyir, gələcəkdə isə qardaş ölkədə daha dörd neft-kimya müəssisəsinə və ən az bir neft emalı zavoduna ehtiyac duyulacaq. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki ən böyük aktivi olan “SOCAR-Türkiyə”nin direktoru Kənan Yavuz bu ölkənin kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.
Hazırda İzmirin Əliağa rayonunda inşası davam etdirilən “Star” neft emalı zavodunun Türkiyənin idxal etdiyi məhsullara yönələn ən əhatəli yerliləşmə layihəsi olduğunu bildirən K.Yavuz, hazırda qardaş ölkənin 15 milyard dollar həcmində neft və neft-kimya məhsulu idxal etdiyini söyləyib.
“Star” neft emalı zavodunun illik 10 milyon ton xam neft emal tutumu ilə Türkiyənin bir sahəyə qoyulan ən böyük sərmayəsi olacağını ifadə edən K.Yavuz layihənin bu ölkənin ilk strateji investisiya təşviq sənədinə sahib olduğunu deyib. O, layihənin 5,6 milyard dollarlıq xərcinin 3,29 milyard dollarının kredit maliyyələşdirilməsi ilə təmin edildiyini, 2,4 milyard dollarlıq hissəsinin isə daxili qaynaqlar hesabına qarşılanacağını bildirib.
Diqqətə çatdırılıb ki, iyunda imzalanan razılaşmaya əsasən, layihənin maliyyələşdirilməsi 23 bankın iştirakı ilə konsorsium tərəfindən 18 il müddətinə təmin ediləcək. Zavodun 3,29 milyard dollarlıq layihə maliyyələşdirilməsinin Türkiyənin tarixində ən böyük və ən uzun müddətli kredit müqaviləsi olduğunu deyən “SOCAR-Türkiyə”nin direktoru bu günədək layihəyə 800 milyon dollardan artıq vəsait xərcləndiyini deyib.
“SOCAR-Türkiyə”nin digər layihəsi olan “Petkim” konteyner limanının isə 2015-ci ilin sentyabrında istifadəyə veriləcəyini bildirən K.Yavuz, ilkin mərhələdə limanın illik tutumunun 1,5 milyon TEU olacağını və gələcəkdə isə bu rəqəmin 4 milyon TEU-ya qədər artırılacağını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info