Leyla Əliyeva: “National Geographic“ jurnalı ölkəmizdə ekoloji maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək”
Tarix: 03.09.2014 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində "National Geographic Azərbaycan" jurnalının təqdimatına həsr olunan tədbir keçirilib. 60 milyondan çox oxucusu olan "National Geographic" jurnalı artıq sentyabr ayından Azərbaycan oxucularına doğma dilimizdə təqdim edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə çap olunan "National Geographic Azərbaycan" ətraf mühitin qorunması və bu sahədə maarifləndirmə ilə yanaşı, ölkəmiz barədə, eləcə də Azərbaycan elmi və turizmi haqqında məlumatların yayılmasına da xidmət edəcək. "Ətraf mühit problemləri bu gün millətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi eyni məqsəd - təbiəti qorumaq istiqamətində birləşdirir. "National Geographic" jurnalı təbii fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvi təhlükəsi və digər ekoloji problemlər barədə daim məlumatlandırmaqla ətraf mühitin və planetimizin qorunmasına öz töhfəsini verir. Bu gün Azərbaycan bölgədə ekoloji təşəbbüslərə görə liderdir. İnanıram ki, Azərbaycan dilində yeni fəaliyyətə başlayan "National Geographic" jurnalı ölkəmizdə ekoloji məlumatdırma və maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək", - deyə Leyla Əliyevanın müraciətində bildirilir.
Qeyd edək ki, "National Geographic Azərbaycan" jurnalı "Garant Holding" və ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin birgə layihəsi nəticəsində işıq üzü görüb. "Garant Holding"in İdarə Heyətinin sədri Anar Məmmədov dünyada böyük nüfuza sahib olan jurnalın Azərbaycana gətirilməsi və doğma dilimizdə nəşr edilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olduğunu qeyd edib və dərginin ölkəmizdə öz ətrafında geniş auditoriya toplayacağını deyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info