“Təmiz Binəqədi” layihəsi çərçivəsində veloyürüş keçirilib
Tarix: 08.09.2014 | Saat: 12:06:00 | E-mail | Çapa göndər
Sentyabrın 7-də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı, yaxından dəstəyi, aktiv iştirakı və birgə əməkdaşlığı ilə veloyürüş keçirilib.
Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və hazırda Prezident İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beyəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynayıb. Dünya əhəmiyyətli yarışların, idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir. Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan “Bakı 2015” I Avropa oyunlarıdır. “Bakı 2015” I Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə Paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür.
Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrununa mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışıb. O vurğulayıb ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulmasının çox müsbət addımdır.
Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış etmiş belə faydalı tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib. Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Veloyürüşün qızıl qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start veriblər. Novxanı ərazisində AF otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılanıb və onlar üçün konsert proqramı nümayiş etdirilib.
Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam edib. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənilib. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs edib, Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)
20.10.2017
“Azərenerji”də “Energetiklər günü” qeyd edilib
20.10.2017
2018-ci ildə Azərbaycanda iqtisadi artım olacaq
20.10.2017
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü işə başlayıb
20.10.2017
“Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük maraq var”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info