“ İlk müəllimim Bakı radiosu olub”
Tarix: 08.09.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Onunla ilk dəfə Tehranda tanış olmuşam. Cənubi Azərbaycanda fəaliyyət göstərən Azərbaycan sənətkarlar ocağının rəhbəri Ağayi Əsədullahinin dəvəti ilə Tehranda keçirilən müxtəlif tədbirlərdə mən də iştirak etmişəm. Həmid ağanın qeyri-adi muğam ifaçılığı hamı kimi məni də heyrətləndirmişdi. Həmid ağa Təbrizdə yaşayır, səhhətimlə bağlı mən Təbrizə gedəndə, o, ailəsi ilə birgə ürəyinin, evinin qapısını bizim üzümüzə səmimiyyətlə açdı. Onun səsinin qüdrəti qədər də insanpərvərliyi, dosta sədaqəti, mehribanlığı var. Həmid ağa ilə sənəti ilə bağlı söhbət etməyi özümə borc bildim.

- Mümkünsə, özün haqqında məlumat ver.
- Mən uşaqlıq illərindən, gözümü dünyaya açandan musiqi ilə maraqlanmışam. Düzdür, ailəmiz dindar olub, amma buna baxmayaraq, musiqi bizim ailəmizdə var idi. Dayılarımın ikisi musiqiyə çox meyilli idilər. Mən də onların oxumağına baxıb, həvəslənirdim.

- İlk müəllimin kim olub?
- İlk müəllimim Bakı radiosu olub. Orada muğam saatları olardı. Mən də onlara qulaq asıb, muğamın sirlərini öyrənməyə çalışırdım. Çox dərindən bilməsəm də, başa düşürdüm ki, “Zabul” nədir, “Seygah” nədir. Sonra bu sənəti seçəndə, Dəmirçi Həsən (Təbrizdə yaşayır) mənə ustad oldu.




- Uşaqlarınızın həvəsi varmı bu sənətə?
- Uşaqlarımda bu sənətə həvəs var. Hər ikisi -oğlum da, qızım da xalq mahnılarını, bəstəkar mahnılarını oxuyurlar. Hər ikisi- Elyar da, Elnaz da Azərbaycanın milli rəqslərini çox gözəl ifa edirlər.

- Ən çox kimlərin qəzəllərini oxuyursan?
- Ən çox Füzuli, Səməd Vurğun, Şəhriyar, Vaqif, Seyid Əzim, Hacı Riza, Sərraf Raci, Vahid, Süleyman Rüstəm və başqalarının...

- Muğam sizin üçün nədir?
- Muğam mənim üçün həyatın axarıdır. Yaşayışın davamıdır.

- Özünüzü kimə bənzətmək istəyirsiniz?
- Azərbaycanın o qədər böyük sənətkarları olub ki, o zirvəyə çatmaq çox çətindir. Bir də, ictimai şərait lazımdır. Onlara tay olmaq, Hacıbaba, Əlibaba, Ağaxan, Xan Şuşiniski, Yaqub Məmmədov... olmaq imkansızdır. Ancaq özüm olmaq istəyirəm.

- Ən yaxın dostunuz varmı və dost nədir sizin üçün?
- Dostlarım çox olub, get-gedə sayı daha da artır. Mən heç vaxt dostu itirməmişəm. Olub ki, arası az zaman qırıla, ancaq yenə gözəl anlar yaşamışıq. Yaxın dostum da, ürək dostum da çoxdur. Ad çəkmək yaxşı düşməz, olsun ki, biri incisin.

- Şagirdləriniz varmı?
- 16 ildir Şatırıyan və 2 ildir ki, Nəcva adlı musiqi məktəbində müəllim işləyirəm. Şagirdlərim çox olub, indi neçəsi rəsmi tədbirlərdə iştirak edirlər. Ərdəbildə, Təbrizdə və b. festivallarda iştirak edib, birinci yeri tutublar. Onlardan İbrahım Qulami, Aydın İbadi, Hüseyn Mustafayi, Çəngiz Ərşəd və b. göstərə bilərəm.

- Bu sənətlə bağlı hansı yeniliklərin olmasını istəyərdin?
- Hər sənət öz zamanıyla qabağa getməlidir. Zaman ilə ayaqlaşmalıdır, əgər ayaqlaşmasa, geri qalıb, öz tutduğu yeri əldən verməlidir.

- Ən çox hansı xalq mahnısını zümzümə edirsiniz?
- Son zamanlar “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın” dilimdən düşmür.

- Uşaqlarınızın bu sənət davam etmələrini istərdinmi?
- Yox, çox çətindir. İstəmərəm.

- Uşaqlarının anası ilk dinləyicinizdirmi?
- Quş qanadla uçar, insan diləklə, mənim qolum-qanadım uşaqların anasıdır. O olmasaydı, bəlkə, mən çox zada əl tapa bilməzdim. Uşaqların anasını düşünəndə Mədinə Gülgünün bu şeiri yadıma düşər:
Gəl, təzə bir şəkil dedim, çəkdirək,
Qayğılar əlindən macal olmadı,
Sonra yaşa dolduq, yoruldu ürək,
O həvəs olmadı, o hal olmadı...

- Bakıya sözün varmı?
- Bakı bizim ürəyimiz, Bakı arzular diyarı, gözəllik məskəni. Nə deyə bilərəm, əmin-amanlıq, daha abadlıq, şən həyat olsun.


Fərqanə Mehdiyeva
Təbriz-Bakı




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
“Tramp Türkiyəni ABŞ və NATO təsiri altına salmağa çalışır”
15.08.2018
“Məqsədimiz beynəlxalq arenada mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdir”
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9921

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə vəsait ayrılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info