“The American Conservative”: “Estoniyaya görə niyə riskə getməliyik?”
Tarix: 10.09.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Amerikanın "The American Conservative" nəşrində prezident Obamanın Estoniyaya səfəri ilə bağlı yazı dərc edilib. Müəllif Amerika tarixindəki prezidentlərlə Obamanı müqayisəli şəkildə analiz edərək, onun Baltikyanı dövlətlər barədə verdiyi son bəyanatlarına münasibət bildirib: “Mən Estoniya xalqı ilə yanaşı, bütün Baltikyanı ölkələrin xalqlarına bəyan edirəm ki, indi bizi Alyans müqaviləsi birləşdirir. Həmin müqavilənin 5-ci maddəsində aydın şəkildə göstərilib: Alyans üzvlərindən birinə hücum-hamıya qarşı hücumdur. Ona görə də, sizin “İlk köməyə kim gələcək?” sorğunuza cavab aydındır: Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri, o cümlədən NATO!”.
Bunları ötən həftə Estoniyada rəsmi səfərdə olan Barak Obama, Baltikyanı ölkələrin ən kiçik respublikasında Amerika hərbi zəmanətini bir daha təsdiq edərək, bildirib. Qəzet yazır: “Göründüyü kimi, soyuq müharibə dövründə belə bir fikir səsləndirilməsi, daşıdığı vəzifədən asılı olmayaraq, hər kəs üçün normal hesab edilməzdi. Hələ 1945-ci ildən başlayaraq, 1989-cu ilə qədərki dövrdə heç bir prezident düşünə bilməzdi ki, Şərqi Avropada müharibə üçün boş çek imzalanacaq. Bizim qırmızı xəttimiz Almaniyadan keçir. Biz Moskvaya bildiririk: əgər siz Elbanı keçməyə cəhd etsəniz, biz döyüşəcəyik. Bu qırmızı xəttin real mənası Almaniyada daimi yerləşən yüz minlərlə Amerika əsgərlərinə əlavə məhdudiyyətlər verir. Vaxtilə prezident Trumen hərbi güc hesabına Berlin mühasirəsini həyata keçirmədi. Eyzenhauer Macarıstan üsyançılarını xilas etmək üçün əsgər göndərmədi. Kennedi ötəri narazılıq bildirsə belə, heç bir şəkildə Berlin divarlarının inşasına qarşı çıxmadı. Leonid Brejnev Varşava müqaviləsinin şərtlərinə uyğun olaraq Çexoslovakiyaya hərbi qüvvə göndərəndə, Lyndon Conson bir şey etmədi. Niyə həmin dövrdə bu prezidentlər passivlik nümayiş etdirdilər? Çünki onların heç biri Avropa dəyəri ilə Rusiya ilə müharibə dəyəri arasında olan mühüm Amerika maraqları arasında uyğunluq görmürdülər.
Dürüst desək, belə maraqlar o vaxt olmadığı kimi, indi də yoxdur. Əgər yarım əsr bundan əvvəl ABŞ Çexoslovakiya üzərində nüvə silahlı Rusiya ilə müharibə riskinə hazır deyildisə, niyə məhz Estoniyaya görə belə bir riskə gedəcəyini bəyan edir?
Soyuq müharibə dövründə qarşılıqlı olaraq hər iki dövlətin prezidentləri müntəzəm şəkildə “dəmir pərdə” kənarında yaşayan əsir millətlərlə əlaqədar açıqlamalar verərdi. Amma prezidentlərin heç biri onların “azadlıq dəyəri” üçün müharibə edəcəklərinə inanmırdılar. Bəs, indi dəyişən nədir? Maraqlıdır, Baltikyanı dövlətlərin müstəqilliyi nə zamandan bizim üçün belə həyati məsələ olub ki, hətta bu ölkələrin ərazilərinə Rusiyanın hücumu öz ölkəmizin, yəni Amerikanın ərazisinə hücum kimi qəbul edilir. Hələ 1994-cü ildə Corc Kennan keçmiş Sovetlər Birliyinə daxil olmuş ərazilərdə NATO-nun təşviqini «böyük miqyaslı strateji səhv» adlandırmışdı. Buna baxmayaraq, NATO vaxtilə Varşava müqaviləsinə daxil olmuş bütün dövlətləri öz sıralarına daxil etməklə yanaşı, oğul Corc Buş Baltikyanı respublikaları da Alyansa cəlb etdi”.
Bütün bunları sərsəmlik kimi qiymətləndirən müəllif Rusiya ilə hərbi və siyasi qarşıdurmaya cəlb edilən Ukraynanı nümunə kimi göstərir və «Putinin nüvə riskini reallaşdıracağı təqdirdə NATO-nun nə edəcəyini” sual kimi önə çəkir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
19.09.2020
Fuad Oqtay vә Abdulhәmit Gül Yunanıstan qәzetinә reaksiya göstәrib
19.09.2020
ABŞ Ali Məhkəməsinin ən yaşlı hakimi vəfat edib
18.09.2020
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
17.09.2020
ABŞ-da son gündə COVID-19-dan 1 123 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info