“Dağlıq Qarabağ münaqişəsi qədər ağrılı və acılı münaqişə tarixdə azdır”
Tarix: 10.09.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi qədər ağrılı və acılı münaqişə tarixdə azdır. Çox təəssüf ki, bu münaqişə bir müddət əvvəl yenidən başladı”.
Bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya və Həmvətənlərlə Əlaqə Məsələləri üzrə Komitəsinin sədr müavini Tatyana Moskalkova “RİA Novosti”də “Belaya kniqa nasizma” kitabının təqdimatında deyib.
T. Moskalkova bildirib ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun işi səmərəli olmayıb: “Biz münaqişənin həlli üçün bir çox variantlar təqdim etmişdik. Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və Dağlıq Qarabağa xüsusi statusun verilməsi variantını irəli sürmüşdük. Variantlardan heç biri hələ ki münaqişənin həllinə kömək etməyib. Rusiya prezidenti Vladimir Putinin sayəsində Azərbaycan və Ermənistan prezidentləri bir masa arxasında əyləşdilər. Bunun özü artıq hər iki xalqa donmuş münaqişənin sülh yolu ilə həll olunacağına, güzəşt variantının tapılacağına ümid verir. Bütün dünyada belə konfliktlər var. Belə mübahisəli ərazilər mövcuddur. Biz əlimizdən gələni etməliyik ki, həmin ərazilərdə qan tökülməsin. Münaqişənin həlli ən çox hər iki ölkənin vətəndaş cəmiyyətlərindən asılıdır. Güzəşt yolu tapılmalıdır və tərəflərin bir-birinə qarşı verdiyi ağrılar qarşılıqlı bağışlanılmalıdır. Bilirəm, bu, çox çətindir"
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
26.09.2020
Cəbhə xəttindən uzaq durun
25.09.2020
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
25.09.2020
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib
24.09.2020
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info