Hacı Əliyev: “Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm“
Tarix: 10.09.2014 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


“Avropa Oyunlarında mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya Oyunları haqqında düşünmək lazımdır”
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya Çempionatı keçirilir. Çempionatın ikinci günündə qızıl medal qazanan Hacı Əliyev (61 kq) qələbə sevincini və keçirdiyi görüşlər barədə fikirlərini bildirib: "Dünya çempionu olduğum üçün çox sevincliyəm. Bu çempionluğu bütün xalqımıza, bütün güləş həvəskarlarına həsr edirəm. Çempion olmağımda təbii ki, keçdiyimiz təlim-məşq toplanışlarının xüsusi rolu oldu. Çünki yüksək səviyyədə hazırlıq prosesi keçmişdik. Finala qədər 4 görüş keçirdim. Ukrayna və Kuba idmançıları ilə görüşüm çox gərgin oldu. İlk hissədə çox yoruldum. Fasilədə məşqçilərin tövsiyələrini diqqətlə dinlədim və bu məni qələbəyə bir daha ruhlandırdı. İran idmançısı üzərində qələbəni səbirsizliklə gözləyirdim. Buna qədər iranlı güləşçi ilə iki dəfə qarşılaşmışdım. Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşünün sonunda əlimi yuxarı qaldırmaqla İran güləşçisinə jest edərək ondan daha üstün olduğumu bildirmək istədim. Sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm. Bu il, Finlandiyada keçirilən Avropa çempionatında qazandığım qızıl medalın təsadüfi olmadığını sübut edə bildiyim üçün şadam. Qarşıda bizi Bakıda keçiriləcək I Avropa Oyunları gözləyir. Orda da mütləq qalib gəlmək, ondan sonra isə Olimpiya Oyunları haqqında düşünmək lazımdır".




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
25.07.2020
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə Bəyanat yayıb
16.07.2020
Вот так Армения разрушает приграничные села Азербайджана
29.06.2020
Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
25.06.2020
Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info