“Marneuli gənclərinin inkişafı üçün Azərbaycan tərəfindən mühüm işlər görülüb”
Tarix: 11.09.2014 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Merab Topçişvili: “Gürcüstandakı azərbaycanlı gənclərin dövlət qulluğunda işləmələri üçün heç bir maneə yoxdur”
Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə müsahibəni təqdim edirik
-Dövlətlərimiz arasındakı münasibəti necə qiymətləndirirsiz?
-Gürcüstan və Azərbaycan xalqları hər zaman dost olublar. Tarix boyu ölkələrimiz arasında hər bir sahədə isti münasibətlər olub və hazırda bu münasibətlər qorunub saxlanmaqdadır. Azərbaycan və Gürcüstan həm iqtisadi, həm də mədəniyyət sahəsində strateji partnyor və dost ölkədir.
- Azərbaycanlıların əsas məşğuliyyəti nədir və Gürcüstan dövləti tərəfindən bu baxımdan onlara hər hansı dəstək göstərilirmi?
-Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tam hüquqlu vətəndaşıdırlar. Ölkəmizdə aparılan islahatlardan və güzəştlərdən onlarda tam sərbəst şəkildə istifadə edirlər. Marneuli əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Bizim özəlliyimiz istehsal etdiyimiz kənd təsərrüfatı məhsulların keyfiyyətində və təbiiliyindədir. Şəhər və rayonlarda əhali bizneslə məşğuldurlar. Ticarət obyektlərinin şəhərdə zənginliyi insanların ən çox gəlir mənbəyi kimi qeyd etmək olar. Dövlətimiz tərəfindən bu istiqamətdə vətəndaşlara bir sıra yardımlar, layihələr və proqramlar həyata keçirilir. Kənd təsərrüfatının inkişafı üçün əhaliyə vauçerlər təqdim olundu, 26 000 Marneuli rayon sakinləri dövlətin bu proqramından istifadə etdilər. Kənd təsərrüfatına kreditlərin verilməsi, biznesin aparılması və yaradılması istiqamətində qanunların sadələşməsi və əhalinin bu istiqamətdə ideyalarının reallaşdırılması üçün dövlət tərəfindən irimiqyaslı vacib layihələr həyata keçirilir. Marneulidə yaşayan insanlar da bu imkanlardan geniş şəkildə istifadə edirlər.
-Marneulidəki azərbaycanlı gənclərin ictimai-siyasi aktivliyi hansı səviyyədədir?
-Gürcüstanda yaşayan azərbaycanlı gənclər çox fəal və bacarıqlıdırlar. Biz müntəzəm şəkildə onlarla görüşlər keçiririk, fikir mübadiləsi aparırıq və mən tam səmimi deyə bilərəm ki, Gürcüstanın, eləcə də Marneulinin gələcəyi parlaq olacaq. Yüzlərlə Marneuli şəhərindən olan azərbaycanlı gənclər Tbilisinin ali təhsil ocaqlarına təhsil alırlar, dövlət dilini mükəmməl şəkildə mənimsəyiblər və yaxşı mütəxəssis olmaq üzrədirlər. Bizim bu cür gənclərə hər zaman etiyacımız var. Ölkənin və rayonumuzun ictimai-siyasi proseslərində də o gənclər olduqca fəaldırlar və öz mövelərini sərbəst şəkildə büruzə verə bilirlər.
-Azərbaycan dövləti tərəfindən Marneulidəki azərbaycanlılara hansı dəstək göstərilir?
-Biz bu dəstəyi hər zaman hiss edirik. Marneuli gənclərinin inkişafı üçün cəmiyyətə inteqrasiyası, təhsili üçün Azərbaycan dövləti tərəfindən bir sıra mühüm işlər görünüb. Marneulidə yüksək səviyyədə inşa olunan Tea House - da gənclərin inkişafı və maarifləndirilməsi üçün bütün şərait yaradılıb, azərbaycanlıların maarifləndirilməsi və inkişafı ilə məşğul olan, Marneulidə fəaliyyət göstərən təşkilatlara dəstək göstərilir, Ata Holding mərkəzinin isə gənclərin fiziki inkişafı üçün zəmin yaradıb, bundan başqa kəndlərdə Heydər Əliyev Fondu tərəfindən məktəb binalarda yenidənqurma işləri, tikintisi Azərbaycan dövlətinin burada yaşayan soydaşları və region gəncləri üçün qayğısından xəbər verir. Bizim regiona hər zaman Azərbaycanın diqqəti hiss olunur. Bunun üçün Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm. Gələcəkdə də bu tip layihələrin Marneulidə həyata keçirilməsi itiqamətində müəyyən addımların atılacağını düşünürük.
-Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında əsas problem nədir?
-Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya prosesi artıq neçə ildir ki, başlayıb. Lakin hələ də bu problem davam etməkdədir. İnteqrasiyaya mane olan səbəblər çoxdur, başlıca səbəb təbii ki, dövlət dilinin azərbaycanlılar tərəfindən tam mənimsəməməsidir. Bu istiqamətdə gənclərlə işlər aparılır, xüsusi təhsil proqramları həyata keçirilir. Dövlətimiz tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. Regionda fəaliyyət göstərən QHT-lər də bu işdə önəmli addımlar atırlar, işlər həyata keçirirlər. Düşünürəm ki, gələcəkdə cəmiyyətə inteqrasiya problemi öz həllini tapacaq.
-Gürcüstan dövləti tərəfindən azərbaycanlıların gürcü dilini öyrənməsi istiqamətində hansı layihələr həyata keçirilir?
-Gürcüstan dövləti bu istiqamətdə bir sıra layihələr həyata keçirməkdədir. Azərbaycandilli məktəblərdə gürcü dilinin tədris saatları çoxaldılıb, xüsusi metodikalar tətbiq olunub, məktəblərə yüksək ixtisaslı müəllimlər cəlb olunur, könüllülər evlərdə yaşayaraq ətrafdakı gənclərə və uşaqlara dil öyrədirlər. Ali təhsil ocaqlarına qəbulolma şansını artırmaq üçün 1+4 dövlət proqramı həyata keçirilir, milli imtahanlar Gürüstanda yaşayan milli azlıqların ana dillərində keçirilir. Marneulidə “Gürcü dili evi” fəaliyyət göstərir ki, burada əhali üçün pulsuz gürcü dili tədris olunur. Bu işin nəticəsidir ki, bu gün ali məktəblərdə təhsil alan azərbaycanlıların sayı min nəfərdən çoxdur.
-Bildiyimiz kimi bu yaxınlarda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Azərbaycanlılar bələdiyyələrdə yetərincə təmsil olunurmu?
- Seçildiyim Marneuli rayonunda seçkilər olduqca maraqlı oldu. Mən seçicilərimə mənə etibar etdikləri üçün təşəkkür edirəm, onların etimadını doğrultmaq üçün əlimnən gələni edəcəyimə söz veirirəm. Marneuli əhalisinin əksər hissəsi azərbaycanlı olduğuna görə yerli bələdiyyədə və azərbaycanlılar yaşadıqları bölgələrdə azərbaycanlı nümayəndələr təmsil olunur. Bizim üçün əsas məqsəd savadlı və mütəxəssis kadrların idarəetmə orqanlarında təmsil olunmasıdır ki, işimiz keyfiyyətli olsun. Kadrlar isə yetərincə bölgədə var. Rayonidarəetmə sisteminin rəhbər vəzifələrinə azərbaycanlılar təyin olunub ki, onlara xalq etimad göstərir. Düşünürəm ki, onların vasitəsi və səfərbər işlərinin nəticəsində rayonumuzda mövcud olan bir çox problemlər öz həllini tapacaq. Bizim üçün milli mənsubiyyətin önəmi yoxdur, bizim üçün Gürcüstan vətəndaşı və işində mütəxəssis kadr var və əsas vəzifəmiz vətəndaşlarımız üçün müsbət işlər görməkdir. Çalışırıq hər bir sakinimizin fikirılərini dinləyək və xalqa yaxın olaq, birlikdə çatışmamazlıqlarımızı aradan qaldıraq. Bunun üçün sistematik şəkildə onlarla görüşlər keçirib fikirlərini dinləyirik.
-Etiraf edək ki, Gürcüstandakı azərbaycanlılar iş üçün Azərbaycana və digər ölkələrə gedirlər. Onların potensialından Gürcüstan dövlətinin faydalanmağı üçün hansı addımlar atılmalıdır?
-İşsizlik problemi dünyanın və ölkəmizin hər yerində mövcud olduğu kimi Marneulidə də var. Bu problemin həllini çalışırıq, öncə gənclər arasında tapaq. İstedadlı, ali təhsilli, dövlət dilini mükəmməl şəkildə mənimsəyən, vətəninə, millətinə sadiq olan gənclərə hər yerdə ehtiyac duyulur. Onların potensialından istifadə etmək bizim inkişafımıza gətirib çıxaracaqdır. Əhalinin işlə təmin olunması üçün yuxarıda qeyd etdiyim kimi dövlət tərəfindən də şərait yaradılır. Əsas prioritetimiz ondan ibarətdir ki, insanlarımız ölkəni tərk etmədən evlərinin içində qazanc mənbəyi tapsınlar və vətənlərinə xidmət etsinlər. Azərbaycanlı gənclərin dövlət qulluğunda işləmələri üçün də heç bir maneələr yoxdur. Onlar karyeralarını Gürcüstanda qurub vətəndaşı olduqları ölkəyə xidmət edə bilərlər. Bu proses artıq başlayıb. Regionda iş yerlərinin açılması, zavodların tikilməsi gündəmdə olan məsələlərdəndir. Xarici investorlarının Marneuliyə cəlb olunması prioritetlərimizdəndir.
-Regionda əhalinin inkişafı, yaşayış məskənlərinin inkişafı istiqamətində hansı işlər görülüb və hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
-Marneulinin əsas problemlərindən biri suvarma, içməli su, yolların təmiri və çəkilməsi, işıqlandırma, qazlaşdırma, enerji və digər problemlərdir. Bu istiqamətdə bir sıra işlər görünüb. Təkcə bu il ərzində Marneulinin 35 kəndində və şəhərin 28 küçəsi işıqlandırılıb, 30-dan çox kənddə içməli su problemi öz həllini tapıb, 140km suvarma kanalları təmizlənilib, 25 km uzunluğunda yol asfaltlaşdırılıb. Bu proses davam etməkdədir.
İşimizi öncə bu tip problemlərin aradan qaldırılması istiqamətində aparırıq. Avropa İttifaqı ilə saziş imzalayan ölkəmiz regionların inkişafına böyük diqqət ayırır. Düşünürəm ki, bu proses Marneulidə də uğurla həyata keçiriləcək. Marneulidə ilk dəfə beynəlxalq mədəniyyət festivalının keçirilməsi də bizim avrointeqrasiya prosesində öz töhvəsini verdi. Müxtəlif mədəni tədbirlərin keçirilməsi, xüsusən də azərbaycanlıların bayramlarının təntənəli surətdə qeyd olunması mədəniyyət sahəsində gördüyümüz işlərdən xəbər verir. Misal olaraq, Novruz bayramını xüsusən qeyd etmək istəyirəm. Hər il Marneulidə keçirilən Novruz bayramında Gürcüstanın hər bir regionundan nümayəndələr qatılır, hər il ölkə rəhbərliyi şəxsən bu təntənələrdə iştirak edir. Bu il də ötən illərdə olduğu kimi bu bayramı çox yüksək səviyyədə keçirilməsini nəzərdə tuturuq.
-Bu günlərdə Marneulidə beynəlxalq mədəniyyət festivalı keçirildi. Festivalın mahiyyəti nədən ibarət idi və bu cür tədbirlərin yenə də keçirilməsi nəzərdə tutulurmu?
- “One Caucasus” mədəniyyət festivalını Marneulidə keçirməkdə əsas məqsəd gənclərin inkişafı idi. 20 ölkəni təmsil edən könüllülər kəndlərdə gənclər üçün 1 ay ərzində müxtəlif kurslar və seminarlar təşkil etmişdilər. 4 gün isə Marneulinin Tserakvi kəndində konsert proqramları təşkil olundu. Açıq səma altında keçirilən festivala yüzlərlə gənclər qatılmışdı. Bu cür beynəlxalq festivalların keçirilməsi rayonumuz üçün çox önəmlidir, həm ölkəmizin təbliği baxımdan, həm də gənclərin Avropa gəncləri ilə tanışlığı, inteqrasiyası baxımından. Bu tip festival və mədəni tədbirlərin keçirilməsini bundan sonra da nəzərdə tuturuq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info