Aram Manukyan: “Ermənistanın xarici borcu ÜDM-in yarısını təşkil edir”
Tarix: 11.09.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Konqresinin katibi Aram Manukyan son açıqlamasında işğalçı ölkənin xarici borcu və kreditlərin məqsədsiz xərclənməsi ilə bağlı problemi yenidən gündəmə gətirib. “Lragir”ə açıqlama verən parlament üzvü Manukyan bildirib ki, Ermənistan bu ilin may ayından etibarən sadəcə avrobondlara xidmət üçün 100 milyon dollar ödəmələdir . Xarici borc üçün illik xidmət haqqı isə 300 milyon dollardır: “Xarici borc artıq ÜDM-in yarısını təşkil edir. Son 5 ildə xarici borc iki dəfə artaraq 4,5 milyard dollara yüksəlib. Bu qədər xarici borcumuzun olmasına baxmayaraq, alınan kreditlər effektsiz şəkildə, hara gəldi xərclənir. Bir misal gətirim. Ermənistan hökuməti “Gilotin” proqramı çərçivəsində 1,3 milyon dollar kredit cəlb edib. Həmin kreditin 130 min dolları ofisə icarə pulu kimi ödənib. Buna görə kim cavab verəcək?. Ən dəhşətlisi odur ki, həmin proqrama nəzarət üçün əlavə 1 milyon dollar ayırıb. Bu kreditlərin yükü vətəndaşların çiyinlərinə düşür”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
17.09.2020
Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb
17.09.2020
Moskvada koronavirusdan ölənlərin sayı 5 025 nəfərə çatıb
16.09.2020
Gürcüstanda yeni rekord: 200-ə yaxın yoluxma qeydə alınıb
16.09.2020
Moskvada koronavirusdan daha 10 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info