Qarabağda gənclər festivalı
Tarix: 11.09.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının bu dəfəki ünvanı Ağcabədi rayonu olub. Festival Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan festivalda Qarabağ bölgəsindən olan yüzlərlə yeniyetmə və gənclər iştirak edib. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə festivalı giriş sözü ilə açaraq, doğma Qarabağımızda keçirilən bu tədbirin mahiyyəti barədə məlumat verib, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, respublikamızda son illər muğam sənətinə dövlət dəstəyinin, diqqət və qayğısının artırılması, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən bu sənətə yüksək qiymət verilməsi, hamilik göstərilməsi ölkənin hər yerində olduğu kimi, bu regionda da muğam ifaçılığının geniş inkişaf etməsi, yeni nəsil ifaçılarının üzə çıxarılması və yetişdirilməsi üçün möhkəm zəmin yaradıb. Buna görə Qarabağ gənclərinin bu cür festivallarının silsilə xarakter almasını təmin ediləcək.
Digər çıxış edən rəsmilər də tədbirin gənclər üçün əhəmiyyətindən danışıb, Qarabağdan olan gənclərin müxtəlif festival və müsabiqələrdə fəal iştirak etdiklərini vurğulayıblar. Qeyd olunub ki, bu gün Qarabağlı gənclərimiz ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edir, onun mədəniyyətini dünyaya tanıdırlar.
Daha sonra söz yaradıcı gənclərə verilib, onlar teatr, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, rəqs, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər. Festivalda 100-ə yaxın gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Sonda bütün iştirakçılar diplomlarla təltif edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info