Sağlam iş həyatı sizin əlinizdədir
Tarix: 11.09.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Sentyabr ayında daim hərəkətli olan şəhər həyatı, gərgin iş prosesi, yollarda uzun müddətli tıxaclar və ev işlərində zaman çatışmazlığı bütün insanların həyat rejiminə çevirib. Bütün bu yaşananlardan uzaq olmaq, sağlam qidalanmaq və sağlam yaşamaq üçün Türkiyəli mütəxəssis Gizem Şeber bu haqda öz tövsiyələrini verib.
İlk növbədə sağlam həyatın düzgün qidalanma yolları olmalıdır. Şəhər həyatında isə bu mümkün deyil. Əsasən də iş başında olan insanlarda bu tez-tez rast gəlinir. Şəhər həyatında düzgün qidalanmağın pozulmasında ilk növbədə iş yerinin yaxınlığında olan şirniyyat evləri, uzun müddət davam edən iclaslar zamanı unudulan günorta yeməkləri və iş yoldaşlarının sürpriz şirniyyat payları əsas rol oynayır. Bununla da insan sağlamlığının pozulması göz önündə olur.
Bu problemə çarəni mütəxəssis Gizem Şeber tövsiyələrini bildirib. Hər gün səhər işə getməzdən əvvəl 10 dəqiqə tez qalxıb səhər yeməyini yeməyiniz vacibdir. Yağ, pendir, çörək və başqa qidalar yeməyiniz şərtdir. Bunlarla səhər vaxtı qidalanmaq sizin mədənizə uyğun deyilsə, bir stəkan az yağlı süd və müxtəlif meyvə dilimləri ilə səhər yeməyini qurtara bilərsiniz. Bəzən səhər yeməyini yeyə bilmədiyiniz halda işə gedirsinizsə, o zaman bol tərəvəzli, pendirli sendiviç hazırlayıb iş zamanı yeməyiniz zəruridir.
İş iclaslarında otağa gələn yemək paylarından imtina etməyə çalışın. Çünki stolun üstünə qoyulan şirniyyat paylarından hər cür şirniyyatdan 1-2 porsiya götürməniz sizə az görünməsin. Səbəb isə həmin şirniyyatların insan orqanizmində tutumu 300 kaloridir.
Əgər axşam növbəsində çalışırsınızsa, son dəqiqədə işiniz çıxdısa, təcili plan hazırlayın. İş yerinizə sifariş etdiyiniz restoranın menyu siyahısına diqqət edin. Menyu ilə yaxından tanış olun və restoranın təmiz və keyfiyyətli qidaları haqqında məlumat alıb sonra sifariş edin. Quru yeməklər əvəzinə sulu xörəklər və bol miqdarda təzə tərəvəzlər sifariş edin. Bu sağlamlıq iş rejiminin əsas şərtlərindən biridir.

Xəyalə GÜNƏŞ







 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info