AŞ-ın baş katibi Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak edəcək
Tarix: 11.09.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Avropa Şurasının baş katibi Torbörn Yaqland oktyabrda Azərbaycanda səfərdə olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, T.Yaqland 28-30 oktyabrda Bakıda ilk dəfə keçiriləcək Gənclər siyasəti üzrə I Qlobal Forumda iştirak edəcək.
Avropa Şurası, YUNESKO, BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gələcəyi gözlənilir.
Forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.
Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır. Forumda eyni zamanda, gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur.
Bunula yanaşı, Forum çərçəvisində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.
Qeyd edək ki, Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanıb və qısa müddətdə çapı nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Şoyqu ABŞ bazalarının sayını açıqladı
22.09.2019
Tramp qərarını açıqladı: “İranla görüş olmayacaq“
22.09.2019
Liviyada qarşıdurmalar yenidәn alovlanıb
22.09.2019
‘‘Pәncә-3’’ әmәliyyatı nәticәsindә yeddi terrorçu da zәrәrsizlәşdirilib
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info