Daha bir müxalifətçinin videosu yayıldı
Tarix: 12.09.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


AXCP fəalları olan jurnalist Xədicə İsmayılın və Kəmalə Bənənyarlının adı ətrafındakı pornogörüntü qalmaqalı səngiməmiş sosial şəbəkələrdə daha bir müxalifətçiyə qarşı analoji kompromat yayılıb.
«Virtualaz.org» saytının xəbərinə görə, gizli kameraların qurbanı bu dəfə ABŞ vətəndaşı Səid Nuri olub. Bir həftədən çoxdur Azərbaycandan çıxmasına qadağa qoyulan S.Nurinin yataq səhnələri sosial şəbəkələrdə yayılıb .S.Nuriyə ölkədən çıxmaq qadağası Azərbaycan Baş Prokurorluğu tərəfindən qoyulub. Onun adı QHT-lərdən birinin cinayət işində şahid kimi keçir. Yada salaq ki, ABŞ xüsusi xidmət orqanları 2005-ci ildə Azərbaycanda “rəngli inqilab”ın təşkili layihəsində bilavasitə iştirak ediblər. “Yeni fikir” adlı radikal gənclər təşkilatı da elə o zamanlar yaradılıb. Bu təşkilat Ukraynadakı “Pora”nın “narıncı inqilab”da oynadığı rolu Azərbaycanda oynamalı idi. S.Nuri “Yeni fikir” gənclər təşkilatının sədr müavini idi. “Narıncı inqilab”ın qarşısı alınandan sonra S.Nuri də həbs olundu. Lakin S.Nuri talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirildi, sonradan ona şərti həbs cəzası verildi. Daha sonra Norveç və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycanı tərk edən S.Nuri bir müddət ABŞ-da yaşadı və bu ölkənin vətəndaşlığını aldı. O, ABŞ vətəndaşlığı alandan sonra Azərbaycana tez-tez gəlib-gedir. Mətbuatda S.Nurinin ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə dair dəfələrlə məlumatlar yayılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Sabah hava necə olacaq?
18.09.2019
Külli miqdarda qanunsuz dərman preparatları aşkar edilib
17.09.2019
Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək
17.09.2019
Basqalda 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
17.09.2019
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info