Mariya Stadnik: “Onu özümə rəqib hesab etmirəm“
Tarix: 12.09.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə Dünya Çempionatı davam edir. Çempionatın dördüncü günündə 53, 58 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər yarışırlar. Dünən iki güləşçimiz xalça üzərinə çıxıb.
Anjela Doroqan (53 kq) seneqallı İzabella Sambou ilə, İrina Netreba (58 kq) meksikalı Romero Bonilla ilə qarşılaşıblar. Qadın güləşçilərin ilk yarış günündə yığmamız 1 gümüş və 1 bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında çempionatın gümüş medalına sahib olan təmsilçimiz Yuliya Ratkeviç yarış haqqında təəssüratlarını bölüşüb: "Çempionata o qədər də yaxşı formada hazırlaşa bilməmişdim, zədələrim vardı. Elə bilirdim zəif çıxış edəcəm. Hətta final görüşündə burnumdan ciddi zədə aldım. Əsas məqsədim Yuseini məğlub etmək idi. Çünki son iki yarışda ona uduzmuşam. Revanş aldım". Bürünc medal qazanan təmsilçimiz Mariya Stadnik də yarış haqqında təəssüratlarını bölüşüb: "Yarımfinala qədər uğurla irəlilədim. Bir neçə qələbə qazandım. Yarımfinal görüşündə bir az yorğunluq, bir az arxayınlıq vardı. Onu özümə rəqib hesab etmirəm. Bu yaxınlarda turnirdə qarşılaşmışdıq, ona tam üstünlüklə qalib gəlmişdim. Fikir vermişəm ki, ildə bir dəfə uduzuram. Çalışacağam ki, bundan sonra arxayınlaşmayım”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb
22.09.2019
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb
22.09.2019
Son 25 ilin ən uğursuz startı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info