Avropalıların ABŞ-a etimadı azalıb
Tarix: 12.09.2014 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


“German Marshall Fund” fondu tərəfindən hər il aparılan “Transatlantic Trends” (“Transatlantik tendensiyalar”) tədqiqatına görə, rəyi soruşulan avropalıların düz 50 faizi belə hesab edir ki, onların ölkələri ABŞ-dan daha çox müstəqil olmağa çalışmalıdır. Edvard Snouden ABŞ xüsusi xidmətləri tərəfindən həyata keçirilən casusluq hərəkətlərini ifşa edəndən sonra avropalıların Vaşinqtona münasibəti xeyli “sərinləşib”.
Keçən il respondentlərin 42 faizi bu fikirdə olub. Almaniyada bu meyil daha güclü nəzərə çarpır. Sorğuda iştirak edən almanların 57 faizinin fikrincə, Berlin təhlükəsizlik və xarici siyasət məsələlərində Vaşinqtondan daha az asılı olan fəaliyyət xətti yürütməlidir. Qeyd edək ki, hələ 2013-cü ildə AFR-dən olan respondentlər arasında bu fikri dəstəkləyənlər 40 faiz idi. Rəyi soruşulmuş almanların 60 faizi belə hesab edir ki, ABŞ dünya birliyində güclü lider mövqeyini qoruyub saxlamalıdır. Lakin Vaşinqtona rəğbət bəsləyənlər 2013-cü ildəkinə nisbətən bir qədər azalıb. ABŞ-a xoş münasibət bəslədiyini bildirən almanların sayı 10 faiz bəndi qədər azalaraq 58 faizə düşüb. Bütövlükdə Avropada Vaşinqtona rəğbət hissini saxlayan respondentlərin ümumi sayı 67 faizə bərabər və ya 2013-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 3 faiz bəndi qədər az olub. ABŞ-ın güclü olmasını istəyən avropalıların sayı praktiki olaraq dəyişməyib və 56 faiz səviyyəsində qalıb. Avropalıların ABŞ-a münasibətinin bir qədər soyuması Atlantik okeanının o biri tayında əks trend ilə müşayiət olunur. Rəyi soruşulmuş amerikalıların demək olar ki, dörddə üç hissəsi (daha dəqiq desək 70 faizi və ya əvvəlki dövrlə müqayisədə 13 faiz bəndi qədər çox respondent) Avropa İttifaqının daha güclü olmasını istəyir. ABŞ-da sorğuda iştirak edənlərin 57 faizi Aİ-yə rəğbət bəsləyir. Bu, 2013-cü ildəki ilə müqayisədə 7 faiz bəndi qədər çoxdur. Lakin həm avropalılar, həm də amerikalılar RF-nin mövqeyinin güclənməsindən ehtiyat edirlər. Avropalıların 68 faizi və amerikalıların 53 faizi (müvafiq surətdə 3 və 7 faiz bəndi qədər artım) dünya siyasi arenasında Rusiyanın mövqeyinin güclənməsini arzuedilməz sayır. Avropa ölkələrindən yalnız Yunanıstan bunun əksini düşünür. Rəyi soruşulmuş yunanların 52 faizi Moskvanın liderliyini dəstəkləyir. Rusiyalılara gəldikdə isə, onların əksəriyyəti həm ABŞ-ın (81 faiz), həm də Avropa İttifaqının (62 faiz) qlobal liderliyinə mənfi münasibət bildirir. Bundan əlavə, sorğuda iştirak edənlərin 53 faizinin fikrincə, Rusiya Ukraynaya öz təsirini, hətta Avropa İttifaqı ilə münasibətlərin korlanması bahasına da olsa, qoruyub saxlamalıdır. Avropalıların və amerikalıların Çinə münasibəti dəyişməyib: Atlantik okeanının hər iki tayında respondentlərin cəmi 35 faizə qədəri Pekinə müsbət münasibət bildirir. Bundan əlavə, avropalıların və amerikalıların əksəriyyəti (müvafiq surətdə 65 və 55 faizi) Çinin mövqeyinin güclənməsini arzuedilməz sayır. Sorğu tarixində ilk dəfə olaraq respondentlərə Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ehtimalına onların münasibəti barədə sual verilib. Avropalıların əksəriyyəti (51 faizi) bildirib ki, digər ölkələr Londonun Avropa İttifaqında qalmasına nail olmaq üçün səylərini fəallaşdırmalıdırlar. Fransızlar isə başqa cür düşünür. Bu ölkədə rəyi soruşulanların 52 faizi bildirib ki, Böyük Britaniya Aİ-dən çıxmalıdır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info