Latviya rayonları ilə əməkdaşlıq sazişi imzalanıb
Tarix: 12.09.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyəti Latviya ətraf mühit və regional inkişaf naziri Roman Naudinşin dəvəti ilə Riqada səfərdədir.
Azərbaycan nümayəndə heyəti Latviyanın Qulben rayonunda “Rankas piens” süd emalı müəssisəsində, eləcə də “Dimdini” kələm məhsulları istehsalı müəssisəsində olub. Siyəzən və Xızı rayon icra hakimiyyətlərinin başçıları “Mazbanisa” parovoz bayramında iştirak edib, xalq sənəti məhsulları bazarına baxıblar. Qulben diyarının rəhbəri N.Stepanovla görüşdə regional əməkdaşlıq, eləcə də regionun sahibkarları arasında işgüzar əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Görüşün sonunda Qulben diyarının rəhbəri N.Stepanov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov əməkdaşlıq haqqında saziş imzalayıblar.
Növbəti gün nümayəndə heyəti Latviyanın Valmiyera diyarında “Aivaru Flemingu”nun rəhbərliyi ilə görüşüb və metal emalı müəssisəsi ilə tanış olub.
Valmiyera şəhər özünüidarə Dumasının sədri İnesis Bokis ilə görüşdə Valmiyera şəhərinin inkişafından bəhs edən təqdimat keçirilib.
Görüş Valmiyera şəhər özünüidarə Dumasının sədri İnesis Bokis və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun əməkdaşlıq haqqında saziş imzalamaları ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15.09.2019
Azərbaycan və Türkiyə bayraqları ilə möhtəşəm yürüş
15.09.2019
Əli Həsənov Türkiyədən Azərbacana gələn nümayəndə heyətini qəbul edib
14.09.2019
Erməni kilsəsində parçalanma: “Bizim inamımızı oğurladılar“
14.09.2019
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info