“Gürcüstan ilə Azərbaycan yaxın dost və strateji tərəfdaş ölkələrdir”
Tarix: 12.09.2014 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Dünən Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Təkbətək görüş başa çatdıqdan sonra geniş tərkibdə görüş olub. Nümayəndə heyətini ölkəmizdə bir daha salamlayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu səfər ikitərəfli qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcək. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirib, xalqlarımızın hər zaman sülh və əmin-amanlıq içində yaşadıqlarını deyib. Prezident bildirib ki, Azərbaycan ilə Gürcüstan regionda yaxından əməkdaşlıq edir. Dövlət başçısı nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrinə dair məsələlərin müzakirə ediləcəyini deyib. Prezident İlham Əliyev vurğulayıb ki, nazirlər ikitərəfli və regional əməkdaşlığa dair məsələləri həll etmək məqsədi ilə daim təmasdadırlar. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə olmaqdan böyük şərəf hissi duyduğunu deyib. Azərbaycana nümayəndə heyəti ilə ilk dəfə rəsmi səfər etdiyini bildirən İrakli Qaribaşvili Gürcüstan ilə Azərbaycanın yaxın dost, strateji tərəfdaş, qonşu və qardaş ölkələr olduğunu söyləyib və bu əlaqələri daha da dərinləşdirməyin əhəmiyyətini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“
15.09.2019
Dövlət əxlaqı
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info