ABŞ İraqa əlavə hərbi kontingent göndərəcək
Tarix: 12.09.2014 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


ABŞ İraqa əlavə olaraq 475 hərbçi göndərəcək. Bunu ABŞ Müdafiə Departamentinin sözçüsü Con Kirbi deyib. Gələn həftə İraqa göndəriləcək hərbi kontingent bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçəcək, hərbi texnikadan istifadə və hərbi kəşfiyyat məsələlərində yardım edəcək.
C. Kirbi bildirib ki, işlər Bağdad və Ərbildə yerləşən vahid operativ qərargahdan koordinasiya olunacaq. Bununla da ABŞ-ın İraqdakı hərbçilərinin sayı 1600-ə çatacaq. ABŞ-ın müdafiə naziri Çak Haqel isə bildirib ki, ABŞ “İŞİD” qruplaşmasının yaratdığı təhdidlərin qarşısını təkbaşına ala bilməz. ABŞ prezidentinin “İŞİD” ə qarşı koalisiya haqqında bəyanatını dəstəkləyən Ç.Haqel qeyd edib ki, “İŞİD” nəinki region, bütün dünya üçün təhlükəlidir: “Hərbi gücümüz bu təhdidlərin öhdəsindən təkbaşına gələ bilməz. İraqda davam edən siyasi tərəqqi koalisiyamızın hərbi, hüquqi, iqtisadi və diplomatik dəstək, kəşfiyyat və humanitar xarakterli yardımları ilə daha dayanıqlı hökumətin formalaşmasına doğru gedir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Fuada ən böyük zərbəni AXCP vurdu”
23.09.2019
Hüseyn Quliyev Özbəkistan XİN rəhbərinə xüsusi medalı təqdim edib
23.09.2019
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı – VİDEO
23.09.2019
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info