Tikinti obyektlərində əmək qanunvericiliyinin pozulması faktları aşkarlanıb
Tarix: 19.09.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə bu gün, sentyabrın 19-da növbəti yoxlamalar aparılıb. Yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi sahəsində müsbət meyllərin formalaşmasına səbəb olub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilməsi ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına yönəlib. Həftə çərçivəsində DƏMX aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması üçün yoxlamalar aparır. İşçilərin əməyinin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu, onların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info