Havanın temperaturu nisbətən yüksələcək
Tarix: 22.09.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, sentyabrın 20-si axşamdan 22-si səhərədək ölkə ərazisində hava qeyri-sabit davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib. Ən çox yağış Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində (51 mm) qeydə alınıb.
Yağan yağışla əlaqədar Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çaydan və Bumçaydan qısamüddətli daşqın və sel keçib. Vizual müşahidələrə əsasən, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.
Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz şimal küləyi cənub küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info