İsveç Kraliçası Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüb
Tarix: 22.09.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


İsveç Kraliçası Ülyahəzrət Silvia Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə Mərkəzin idarə heyətinin üzvləri – Beynəlxalq Telekommunikasiya Təşkilatının komissarı Valter Fyust, Liviya İnsan Hüquqları Təşkilatının prezidenti Farida Allaghi və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər. Görüşdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı, onun ümumbəşəri dəyərlərin inkişafında mühüm rolu haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Nizami Gəncəvi bu gün də aktual olan və ehtiyac duyulan tolerantlıq, dialoq, anlaşma, müştərək cəmiyyətlər kimi dəyərləri hələ səkkiz əsr öncə özünəməxsus formada təbliğ edib.
Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirdiyi layihələr və təşəbbüslər də müzakirə edilib. Mərkəzin Madrid Klubu ilə birgə reallaşdırdığı ənənəvi forumun xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. İsveç Kraliçasına 2015-ci ildə keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında da məlumat verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info