Fələstin və Yaponiya dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Tarix: 22.09.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasser A. Kareem ilə görüş keçirilib. 22 sentyabr tarixində keçirilən görüşdə BMAM sədri Rufiz Qonaqov Fələstinin Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov bildirib ki, Azərbaycan xalqı Fələstində gedən prosesləri diqqətlə izləyir və bu bölgədəki insan tələfatlarından narahatlıq ifadə edir.
Fələstin səfiri Nasser A Kareem görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini vurğulayıb. Səfir Nasser A Kareem eyni zamanda bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərdə və təşkilatlarda Fələstin xalqını müdafiə edib. Azərbaycan və Fələstin arasında Xarici İşlər Nazirlikləri səviyyəsində birgə memorandum imzalanıb. Yaxın zamanda isə daha iki memorandumun imzalanması nəzərdə tutulur. Səfir Nasser A Kareem onu da əlavə edib ki, Fələstin hər zaman dost və qardaş ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunun əyani təzahürüdür ki, Fələstin dövlətinin rəhbəri Mahmud Abbas Azərbaycana səfər edib.
Eyni zamanda BMAM sədri yaponiyalı diplomat, səfirliyin I katibi Qinqa Kobayaşi ilə görüşüb. Görüşdə Yaponiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirə aparılıb. BMAM sədri Rufiz Qonaqov Yaponiya səfirliyinin Azərbaycanda humanitar və sosial sahədə xeyli layihələri maliyyələşdirdiyi üçün Mərkəz adından öz təşəkkürünü bildirib. Vurğulanıb ki, Yaponiya və Azərbaycan əlaqələri daim inkişaf edir və Yaponiya bir çox sahələrdə Azərbaycanın yanındadır. Diplomat Qinqa Kobayaşi Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıqdan danışaraq, BMAM-ın da gələcəkdə vətəndaş cəmiyyəti istiqamətində görüləcək işlərdə fayda verə biləcəyini qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info