Azərbaycan-Böyük Britaniya əlaqələri genişlənir
Tarix: 22.09.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb. Görüşdə Şahin Mustafayev təməl qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayıb, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib. Ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Şahin Mustafayev Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb, ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Nazir Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.
Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirib, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran Livinqston yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyini qeyd edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info