Rusiyadakı azərbaycanlı əlaçı tələbələrlə görüş keçirilib
Tarix: 22.09.2014 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu tələbələri illik konqresində toplayıb. Budəfəki görüş Fondun ofisində keçirilib.
Tədbirdə Fondun direktoru Şamil Tağıyev, üzvlər Binnət Bünyadov və Mahnur Səfiyeva çıxış ediblər.
Direktor yay sessiyasının yekunu üzrə Fonddan təqaüd alanların siyahısını açıqlayıb və Rusiya universitetlərində azərbaycanlı əlaçı tələbələrin sayının daha da artacağına ümid etdiyini vurğulayıb.
Görüşdə Fondun inkişafına və dostluq əlaqələrinə dair fikirlər irəli sürülüb. Tələbələr könüllü olaraq sosial fəaliyyət təşkil etmək istədiklərini ifadə ediblər.
Tədbirin aktual mövzularından biri isə həftəsonu məktəbi “İdrak”da azərbaycan, rus, ərəb, ispan və ingilis dili, həmçinin Azərbaycan tarixi dərslərinin keçirilməsi olub.
Qeyd edək ki, həftəsonu məktəbi olan “İdrak” yeni dərs ilinə 27 sentyabr tarixində başlayacaq. Məktəbin açılışında Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak edəcəyi gözlənilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info