Beynəlxalq Dəniz Günü ilə əlaqədar iməciliklər keçiriləcək
Tarix: 22.09.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sentyabrın 22-dən 27-dək Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan 955 kilometrlik sahil zolağında vətəndaşların, yerli icra strukturları və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə iməciliklər keçiriləcəkdir. Eyni zamanda, Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu əlamətdar gün münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər Xəzər dənizinin qorunmasına və sərvətlərinin mühafizə olunmasına xidmət edir. “Xəzər həftəsi” çərçivəsində ETSN-in mütəxəssisləri tərəfindən ictimaiyyət nümayəndələrinə su resurslarının qorunmasının vacibliyi də təbliğ ediləcəkdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info