Şotlandiyadakı referendumda ciddi saxtakarlıqlar
Tarix: 22.09.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Qlazqoda çoxluq müstəqilliyə səs veribmiş

Şotlandiyanın ən böyük şəhərlərindən olan Qlazqonun polisi müstəqillik uğrunda keçirilmiş referendumda saxtakarlıq faktlarının üstünün açılması ilə bağlı çıxış edib. Sosial şəbəkələrdə və KİV-də yayılmış məlumatlara görə, polis belə bir saxtakarlıq iddiası ilə çıxış edib. Xatırladaq ki, sentyabrın 18-də Şotlandiyada referendum keçirilib. Təxmini nəticələrə görə, çoxluq Şotlandiyaın Böyük Bvritaniyadan ayrılmasının əleyhinə səs verib(Təxminən 54 faiz).Amma referendumun nəticələri artıq şübhə altına düşüb. Artıq Şotlandiyanın qərbində mümkün saxtalaşdırma ilə bağlı faktlar ortaya çıxıb. 10 şübhəli bülleteni müşahidəçilər Qlazqoda aşkarlayıblar. Əslində bu şəhərin böyük hissəsi müstəqilliyə səs verib. Seçki Komissiyasının üzvləri də saxtakarlıq faktını təsdiqləyiblər. Qlazqo Şəhər Şurasının nümayəndəsi Kolin Edqar KİV-ə bildirib ki, on saxta bülleten aşkarlanan kimi polisi çağırmaq lazım gəlib:
“Bizdə şübhə yaranıb ki, həmin bu adamlar gün ərzində müxtəlif seçki dairələrində bu cür səs veriblər. Bu gün biz artıq bilirik ki, bu adamlar harda səs veriblər və onların verdikləri səsin sayı nə qədərdir.
Polis bizdən şübhəli bülletenləri identikləşdirməyi və onları aradan qaldırmağı istəyib. Onlar təhqiqat üçün əyani sübut kimi istifadə ediləcəklər. Şübhəli bülletenlər artıq polisə təhvil verilib və tezliklə Qlazqo məhkəməsinə göndəriləcək”.
Qlazqodakı seçki dairələrinin nümayəndələri isə həmin an məmurları mümkün saxtakarlıqlar barədə xəbərdar ediblərmiş.
Məsələ orasındadır ki, Böyük Britaniyada seçici dairəsində öz pasportunu göstərmək zərurəti yoxdur. Ad və soyadını bildirmək, yaşadığın ünvanı demək və səsvermə ilə bağlı dəvəti göstərmək yetər. Belə bir halda, seçkidə saxtakarlıq etmək çox asandır.
Onu da qeyd edək ki, Şotlandiya polisi bənzər insidentlərlə bağlı tam ciddiyyəti ilə yoxlama aparacağını bildirib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info