Neftlə çirklənmə vəziyyətinin insanların, heyvanların və bitkilərin həyatına təsiri araşdırılacaq
Tarix: 22.09.2014 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Abşeron yarımadasında apardığı tədqiqatlar nəticəsində burada neftlə çirklənməyə çox, nisbətən az məruz qalan və heç məruz qalmayan, yəni landşaftları neftlə çirklənməmiş təmiz əraziləri müəyyənləşdirib.
İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi, coğrafiya elmləri namizədi Qalib Rüstəmov bildirib ki, "Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları" mövzusunda aparılan tədqiqat zamanı Sabunçu rayonunun Balaxanı, Ramana, Zabrat qəsəbələri, Qaradağ rayonunun Lökbatan, Səngəcal qəsəbələrinin neftlə çirklənməyə çox məruz qaldığı məlum olub.
Neftlə az çirklənmiş və nisbətən təmiz sayılan ərazilər isə Qobustan rayonu və Xəzər rayonunun Dübəndi qəsəbəsidir. Q.Rüstəmov deyib ki, əvvəl Abşeron yarımadasında neftlə çirklənməmiş ərazinin olmadığı qənaətində olsalar da, bu tədqiqatlardan sonra bəzi ərazilərin landşaftlarının neftlə çirklənməyə məruz qalmadığı məlum olub. Həmin ərazilər Xırdalan şəhəri, Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsi, Xızı rayonunun Yeni Yaşma kəndi, Şurabad qəsəbəsi, Abşeron rayonunun Güzdək, Fatmayı qəsəbələri və Qobustan rayonunda Bayanata adlanan yerdir (Güzdəyə yaxın yerdir, amma orada əhali məskunlaşmayıb).
Elmi işçi qeyd edib ki, bu tədqiqatların davamı olaraq, neftlə çirklənmə vəziyyətinin qeyd edilən ərazilərdə yaşayan insanların, heyvanların və bitkilərin həyatına təsiri araşdırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info