Razmik Davoyan: “Ermənistanın müstəqilliyi kimlərdənsə asılı müstəqillikdir”
Tarix: 22.09.2014 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


“Biz dövlət olaraq özümüzü məhv edərək, başqa dövlətlərin əlavəsinə çevrilmişik. Ermənistan bu gün de-fakto başqa dövlətlər üçün xidmətçi rolunu oynayır”
Ermənistan “müstəqilliyinin” növbəti ildönümünü qeyd edir. Serj Sərkisyan və kriminal komandasının bayram əhval-ruhiyyəli görüntülərinə baxmayaraq, erməni siyasilər, ziyalılar, diaspor nümayəndələri müstəqilliyin formal şəkildə mövcud olduğunu açıqlayırlar.
“Birinci İnformasiya” yazır ki, 21-ci əsr Ermənistan dövlətinin özünü məhv etməsi ilə əlamətdardır: “Biz dövlət olaraq özümüzü məhv edərək, başqa dövlətlərin əlavəsinə çevrilmişik. Ermənistan bu gün de-fakto başqa dövlətlər üçün xidmətçi rolunu oynayır. Ötən illər ərzində Ermənistan dövlət olmaqdan başqa hər şey olub. Çox təhlükəli və həyəcanlı vəziyyət yaranıb-biz dövlət deyilik. Bu, erməni cəmiyyəti üçün yenilik deyil. Ermənistanın müstəqililk günü ilə bağlı keçirilən hərbi parada Rusiya sərhəd qoşunlarının öz dövlətlərinin bayrağı ilə iştirak etməsi şok yaradan faktdır. Amma cəmiyyət buna o qədər öyrəşib ki, bu fakta belə, sakit reaksiya verdi. Ermənistan siyasi və iqtisadi cəhətdən proseslərə adekvat reaksiya vermək imkanını çoxdan itirib”. Erməni ekspert Romella Mnaçakanyan isə məqaləsində qeyd edib ki, müstəqillik gününü qeyd edən dövlətin müstəqilliyindən heç bir əsər-əlamət yoxdur: “Müstəqillik illərinin əsas xarakteristiklarından biri odur ki, bütün ölkə üzrə əhalinin həyat səviyyəsi çox aşağı səviyyədədir. Vətəndaşlar qarınlarını doyura bilmədikləri üçün kütləvi şəkildə vətənlərini tərk edirlər.

Romella Mnaçakanyan: “Müstəqillik illərinin əsas xarakteristiklarından biri odur ki, bütün ölkə üzrə əhalinin həyat səviyyəsi çox aşağı səviyyədədir. Vətəndaşlar qarınlarını doyura bilmədikləri üçün kütləvi şəkildə vətənlərini tərk edirlər. Kütləvi cəzasızlıq mühitinin hökm sürdüyü ölkə kriminal qaydalarla idarə olunur. Bu, bizim 23 il ərzində “qazandıqlarımızın” cüzi bir hissəsidir”

Kütləvi cəzasızlıq mühitinin hökm sürdüyü ölkə kriminal qaydalarla idarə olunur. Bu, bizim 23 il ərzində “qazandıqlarımızın” cüzi bir hissəsidir. Biz bunun üçünmü mübarizə aparmışıq? 23 il ərzində real müstəqilliyə qovuşa bilməmişik. Buna kifayət qədər misal göstərmək olar. Mən onlardan sadəcə birinə diqqət çəkmək istəyirəm. “Beynəlxalq Avarsiya hərəkatı” adlı təşkilatın lideri, “Qriboyedov” erməni-rus klubunun üzvü Aleksandr Duqin belə, Ermənistana göstəriş verə bilir. O, son müsahibəsində bildirib ki, Ermənistan Avrasiya məkanına məxsusdur. Duqin deyib ki, Ermənistan ya Avrasiya məkanında olacaq, ya da yox olacaq. Putinin əsas ideloqunun Ermənistana yanaşması Kremlin bizim dövlətə münasibətini ortaya qoyur”. Yazıçı-publisist Razmik Davoyan isə müsahibəsində bildirib ki, müstəqillik hər bir xalqın arzusudur: “Amma bizdə müstəqilliyi fərqli anlayırlar. Ölkəni idarə edənlər üçün müstəqillik oğurluq və talamaqdan ibarətdir. Müstəqililyəmizə ən böyük zərbə elə yanaşmadan doğur. Gəlin heç kimi aldatmayaq. Bizim müstəqilliyimiz kimlərdənsə asılı müstəqillikdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info