“The Wall Street Journal”: “Rusiya Qərb istiqrazlarından imtina edir?”
Tarix: 22.09.2014 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


“Maliyyə naziri Anton Siluanov iddia edir ki, Rusiya BRİCS
istiqrazlarına investisiya ayıracaq”

Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib ki, öz borc portfelinin diversifikasiyasını arayan Moskva bu ölkəyə qarşı sanksiyalar tətbiq etmiş ölkələrin istiqrazlarından imtina edəcək.
“The Wall Street Journal” bu barədə yazır. Qeyd edilir ki, son bir neçə ay ərzində Avstraliya, Kanada, Avropa Birliyi, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları Rusiyanın Krımı öz tərkibinə qatmasına etiraz və Şərqi Ukraynadakı antikiyev separatçılarına dəstək verməkdə ittiham edərək bu ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. Rusiyanın maliyyə sisteminə ciddi zərbə vuran bu sanksiyalar Kremli yenidən inkişaf etməkdə olan ölkələrlə əlaqələrinin möhkəmləndirilməsinə başlamaq məcburiyyətində qoyub.
Soçidə keçirilən illik investisiya forumunda açıqlama ilə çıxış edən Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya öz investisiya səbətinə diversifikasiya etməklə, əlavə risklərə getmədən yüksək faiz dərəcələri tapmağa çalışır. Onun sözlərinə görə, Maliyyə Nazirliyi Rusiya ilə birlikdə olan və BRICS ölkələri kimi tanınan Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın istiqrazlarının alınması imkanlarını nəzərdən keçirəcək: « Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin istiqrazlar investisiyalarından imtina edəcəyik". Bu dəyişikliklərin tədricən həyata keçiriləcəyini bildirən Siluanov BRICS-in ilk qiymətli borc kağızlarının nə vaxt və harada həyata keçiriləcəyi barədə isə məlumat verməyib. O, daha sonra əlavə edib ki, bu addım bəzilərinin düşündüyü kimi, Qərbi cəzalandırmaq üçün nəzərdə tutulmayıb.
“Belə diversifikasiya Rusiyanı uzunmüddətli maliyyədən təcridə hazırlığa başlandığını göstərmir ki?” sualına cavab verən maliyyə naziri ümidvar olduğunu bildirib ki, Qərbin sanksiyaları tezliklə aradan qalxacaq. Ona görə də, nazirlik gözlənilən digər ssenarilərə hazır olmalıdır. Bu arada Rusiyanın mətbuat orqanlarına açıqlama verən, ölkənin iqtisadiyyat naziri Aleksey Ulyukaev isə cari sanksiyaların yaxın gələcəkdə qalxacağına inanmadığını və bununla yanaşı Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcəyini dilə gətirib. Xatırladaq ki, sentyabrın əvvəlində, Rusiya Maliyyə Nazirliyinin ehtiyat fondunun həcmi, illər ərzində yığılmış yüksək neft qiymətləri ilə birlikdə 91,7 milyard dollar və ya Rusiyanın ÜDM-nin 4,7%-ni təşkil edib. Eyni zamanda, bu dövrdə Rusiya Milli Rifah Fondundakı investisiya infrastrukturunun inkişaf ölçüsü isə 85.3 milyard dollar təşkil edib. Bununla belə, 2014-cü ilin birinci yarısında ölkənin xalis gəlirindən 70 milyard dolları ölkədən çıxarılıb. Siluanova görə, Rusiyanın ən böyük neft istehsalçıları olan “Rusiya” ASC, “Rosneft” və Rusiyanın qaz istehsalı müəssisələri siyahısında ikinci yeri tutuan “Novatek” ASC Qərbin tətbiq etdiyi sanksiyalardan ciddi zərər gördüklərinə görə, Milli Rifah Fondundan 80-150 milyard rubl arası yardım alacaqlar: “Əlavə vəsaitə ehtiyacı olan şirkətlərə dəstək üçün vəsait lazımdır. Nazirlik bunun üçün yollar axtarır”. Nazir hökumətin iaşə, mehmanxana və taksilər üçün də əlavə vergi tətbiq edilə biləcəyini gizlətməyib.
Nazir büdcə məhdudiyyətlərinə baxmayaraq, Rusiyanın beynəlxalq müqavilələrin şərtlərinə uyğun olaraq, BRICS bankının yaradılması üçün vəsait köçürməkdə davam edəcəyini dilə gətirib: “Əgər beynəlxalq səviyyədə razılaşma varsa, bu şərtləri yerinə yetirmək lazımdır”- deyə Siluanov bildirib.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info