“Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”
Tarix: 23.09.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“İyirmi il bundan öncə bu gündə mərhum Prezident Heydər Əliyev 11 şirkətdən ibarət konsorsiumla hasilat pay bölgüsü üzrə tarixi müqavilə imzalamışdır. Bunun həqiqətən də “Əsrin müqaviləsi” adlandırılması tamamilə düzgün olmuşdur. Prezidentin və iştirakçı şirkətlərin gələcəyə baxışı “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə nəticələndi.
Bu gün Azərbaycan Avropanın neft ixracatında mühüm rol oynayır. Eyni zamanda, “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə bağlı irəliləyişi də qeyd edirik”. Bu fikirlər Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun videomüraciətində səslənib. Avropa Komissiyasının sədri daha sonra deyib: “Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq”.
Bu münasibətlə Prezident Əliyevə, “Şahdəniz” konsorsiumunun üzvlərinə, “Azəri-Çıraq-Günəşli” yatağının və Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarlarına, Azərbaycan ilə Avropa İttifaqı arasında güclü əməkdaşlığın qurulmasında gələcəyə baxışlara malik olan hər bir kəsə təbriklərini çatdıran Joze Manuel Barrozu əmin olduğunu bildirib ki, “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
29.09.2020
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
28.09.2020
“Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək”
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info