“Cənub” qaz dəhlizi dövlətlər üçün yeni imkanlar açacaq”
Tarix: 23.09.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Azərbaycan Gürcüstanın ən yaxın dostlarından və tərəfdaşlarından biridir. Enerji əməkdaşlığı burada müstəsna əhəmiyyət kəsb edir. Birgə səylərimiz nəticəsində biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm layihələri icra etmişik.
Bu gün tarixi qərarla bağlı yeni planlar qurulur və həmin kəmərlərin genişlənməsi qərarları verilir. Trans-Anadolu qaz kəmərinin inşasına başlanılacaq. Beləliklə, Gürcüstan ərazisindən Yunanıstan, Albaniya və İtaliyaya qədər uzanacaq kəmər inşa ediləcək”.
Bu sözləri “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdəki çıxışında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək, - cənab Prezident İlham Əliyev bunu çox düzgün qeyd etdi, - Avropada istehlakçılar üçün Xəzər dənizinin neft və qaz ehtiyatlarına yeni imkanlar açacaq. Qara dəniz və Xəzər dənizi hövzələrinin dövlətləri üçün yeni imkanlar açılacaq. Biz mövcud infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək regional əməkdaşlığı və inkişafı təmin edəcəyik. İqtisadi inkişafa mühüm töhfə veriləcəkdir”, - deyə Gürcüstanın Baş naziri bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
22.09.2020
Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
22.09.2020
“Paşinyanın etdikləri ilə Yaxın Şərqdəki terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”
21.09.2020
“O riyakar ölkələr Ermənistanın Azərbaycan toraqlarına qarşı hücumlarının qarşısını almaq üçün addım atmırlar”
21.09.2020
Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info