Yeni liman kompleksində bərə terminalının açılışı olub
Tarix: 23.09.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Xəzər dənizində üzən bütün növ gəmilər limana
təhlükəsiz və sərbəst yanaşa biləcək

Dünən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Son illərdə respublikamızda, o cümlədən paytaxt Bakıda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı da günün tələblərinə cavab vermirdi. Bakının mərkəzində yerləşən əvvəlki liman sakinlər üçün problemlər yaradır, bulvarın genişləndirilməsinə də mane olurdu.
Dünyanın sürətli və dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yeni böyük və çoxfunksiyalı limanın tikintisinə ehtiyac duyulurdu. Bununla bağlı dövlətimizin başçısının 2007-ci ildə imzaladığı müvafiq sərəncama uyğun olaraq hökumət tərəfindən lazımi tədbirlər həyata keçirilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderland Krallığının “Royal Haskoning” şirkəti tərəfindən limanın baş planı və layihəsi hazırlanıb. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoyub. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanılıb. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Ötən müddətdə görülən işlər nəticəsində artıq bərə terminalı istismara hazırdır.
Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Niderland Krallığının “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Bildirilib ki, liman ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını “EvrAsKon” şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalama körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmiryolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikintiyə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.
Məlumat verilib ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Dövlət başçısı mərasimdə çıxış edib. Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər. Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə salıb. Prezident İlham Əliyev yük vaqonlarının “Bərdə” və “Azərbaycan” gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info