Vyanada müharibə fərarilərinə həsr olunmuş abidə açılacaq
Tarix: 23.09.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Oktyabr ayında Vyanada İkinci Dünya müharibəsində nasist Almaniyasının ordusundan fərarilik etmiş və hərbi xidmətdən boyun qaçıraraq hərbi tribunallar tərəfindən mühakimə edilmiş insanlara həsr olunmuş abidənin açılışı olacaq.
Avstriyanın Dövlət Müstəqilliyi Günü ərəfəsində açılışı olacaq və yerli əhali arasında “Fərarilər abidəsi” adlanan monument ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.
Vyana şəhər bələdiyyəsindən verilən açıqlamada Vermaxtın sıralarında vuruşmaqdan imtina edən və bununla da nasist hərbi maşınının əlində özünü alətə çevirməyən insanların fədakarlıq və qəhrəmanlığına həsr olunmuş abidənin vacibliyi qeyd olunub. Sağçı radikal mövqeyi ilə seçilən Avstriya Azadlıq Partiyasının nümayəndələri isə öz silah yoldaşlarını darda qoyan, ona həvalə olunmuş mövqeyi özbaşına tərk edərək fərarilik edən insanların qəhrəman səviyyəsinə qaldırılmasının yolverilməz olduğunu bildiriblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsində nasist Almaniyasının hərbi tribunalları 1,3 milyon Vermaxt hərbçisini cinayət məsuliyyətinə cəlb edib, onlardan 30 min nəfərinə ölüm hökmü kəsilib. Vermaxt tərkibində döyüşmüş və fərarilik edən avstriyalı hərbçilərin sayı 30-50 min nəfər arasında hesab olunur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info