Fransızlar Azərbaycana heyran qalıblar
Tarix: 23.09.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın zəngin mədəni irsinin fransızlara daha yaxından tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fondun təşkil etdiyi tədbirlər sayəsində vaxtilə Azərbaycan haqqında məlumatları az olan fransızlar, indi ölkəniz barədə geniş təsəvvürə malikdirlər. Bu sözləri Paris sakini Jil Bertran söyləyib.
Qeyd edək ki, Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışından keçən bir neçə gün ərzində fransızlar və şəhərin qonaqları Bakıdan gələn incəsənət ustalarının müxtəlif konsert proqramlarını izləməyə imkan tapıblar. Sentyabrın 22-də “Real” instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Əməkdar artisti, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədovun pianoda, zərb alətlərində və barabanda ifa etdikləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunda təşkil olunan “Azərbaycan şəhərciyi” ilə tanışlıqdan və “Real” ansamblının çıxışından sonra Jil Bertran deyib: “Ölkənizlə bağlı Parisdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə iştirak etmişəm. Bu tədbirlərin nəticəsidir ki, mən Azərbaycana vurulmuşam. Elə bu vurğunluq sayəsində Sen-Süplis meydanında təşkil olunan “şəhəriciyi”ə dördüncü dəfədir ki, baş çəkirəm. “Şəhərcik”də nümayiş etdirilən Azərbaycanın müxtəlif nemətlərinin dadına baxıb, tarixinizə, ədəbiyyatınıza, mədəniyyətinizə, incəsənətinizə, musiqinizə dair çoxlu kitablar və broşürlar əldə edib, qədim xalçalar, misgərlik məmulatları ilə yaxından tanış olmuşam.
İndi bilirəm ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu körpü, eyni zamanda müxtəlif mədəniyyətlərin qovuşmasında, xalqların biri-birinə yaxınlaşmasında müstəsna əhəmiyyətə malikdir. Sizi inandırmaq istərdim ki, hər hansı sadə fransızdan Azərbaycan haqda soruşsanız, o, ölkəniz barədə çox şey deyə bilər. Bir neçə gündür meydanda səslənən Azərbaycan musiqisinə maraq göstərən fransızların sayının durmadan artması dediklərimə əyani sübutdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info