Xəzər dənizi resurslarının qorunmasına nəzarət edən komitə yaradılacaq
Tarix: 23.09.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Rusiya hökuməti Xəzər dənizinin mühafizəsi və bioloji ehtiyatlarının səmərəli istifadəsi haqqında imzalanan beynəlxalq sazişi təsdiqləyib. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi saytında bildirilib. Rusiya ilə yanaşı, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan da bu sazişə imza atan tərəflərdir. Sənəd Xəzər dənizində qızıl balığın ovlanmasını və başqa bioloji resursların istifadəsini tənzimləyən hüquqi bazanın yaradılmasına imkan verəcək. “Sazişin nəzərdə tutduğu məqsədlərə nail olmaq üçün imza atan tərəflərin hövzə resurslarının səmərəli istifadəsi, qorunması və idarə edilməsinə nəzarət edəcək komitə yaradacağı nəzərdə tutulur”, - deyə hökumətin rəsmi saytında bildirilib. Komitə Xəzər dənizində balıq ovunun həcmini, qızıl balıq və onlardan hazırlanan məhsulların ixrac kvotasını müəyyən edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info