Prezident İsmayıllı və Qəbələdə bir sıra obyektlərin açılışında iştirak edib
Tarix: 23.09.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev sentyabrın 22-də İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Dövlət başçısı əvvəlcə İsmayıllı şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəyi qoyub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi ərazidə - rayonun mərkəzi meydanında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. İsmayıllıya səfəri çərçivəsində Prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada aparılan əsaslı təmir işləri barədə məlumat verib. Əsaslı təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həkim Gülər Babayeva səhiyyə ocağında yaradılan şəraitə və bütövlükdə İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb. Dövlət başçısı bu günlərdə 20 illiyi qeyd edilən “Əsrin müqaviləsi”ndən başlayan inkişaf tempinin ölkənin bütün regionları kimi, İsmayıllının tərəqqisində də həlledici rolundan danışıb. Prezident İlham Əliyev səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün gözəl imkanlar yaradıldığını vurğulayıb və bu imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Sonda xatirə şəkli çəkdirilib. Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Prezident İsmayıllıya səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin inzibati binasında aparılan əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısına rayonda aparılan abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verilib. Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün yeni inşa olunmuş inzibati binanın açılışında iştirak edib. Daha sonra Prezident İlham Əliyev İsmayıllıda ümumi ərazisi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanış olub. İsmayıllı rayonuna səfərini başa çatdıran Prezident İlham Əliyev Qəbələyə gəlib. Dövlət başçısı Qəbələdə bir sıra iqtisadi və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Əvvəlcə Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə məlumat verib. Sonra Prezident İlham Əliyev “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksinin açılışında iştirak edib. Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Rayon ictimaiyyəti adından çıxış edən Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov Prezident İlham Əliyevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib. Qəbələyə səfəri çərçivəsində Prezident İlham Əliyev Gilan-Qida Şəhərciyinə gəlib. Dövlət başçısına məlumat verilib ki, Gilan-Qida Şəhərciyində 2 yeni emal müəssisəsi inşa olunub. Sonra Prezident İlham Əliyev “Gilan Holdinq”ə məxsus müəssisələrdə istehsal olunan qida məhsullarının sərgisinə baxıb. Prezident Daxili Qoşunların Qəbələdəki “N” saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında da iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı hərbi hissənin qərargahında və əsgər yeməkxanasında yaradılan şəraitlə də tanış olub. Sonda Ali Baş Komandan Daxili Qoşunların silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində istifadə etdikləri silah və texnika növlərinə baxıb. Prezident İlham Əliyev Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı- Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında da iştirak edib. Daha sonra dövlət başçısı Qəbələ Arxeoloji Mərkəzinin açılışında iştirak edib. AMEA-nın müxbir üzvü və Qəbələ Arxeoloji Ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info