“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb
Tarix: 23.09.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib. RYTN-dən daxil olan məlumata görə, Belarusda çap olunan markanın tirajı 5 000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir. Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti iştirak edib. Bununla da, ölkəmizdə “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Kirayə mənzil mexanizminə müraciətlərin qəbul tarixi açıqlanıb
18.01.2020
“Sovetski“də söküntü işləri dayandırılıdı
18.01.2020
Azərbaycanda yeni DOST mərkəzləri yaradılacaq
18.01.2020
Bu il müharibə əlilləri və şəhid ailələrinə yeni evlər veriləcək
18.01.2020
Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info