Məişət zorakılığına məruz qalan gənc qadınlara psixoloji dəstək göstərilib
Tarix: 23.09.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Bakıda “Məişət zorakılığına məruz qalmış gənc qadınlara dəstək” layihəsinin icrası başa çatıb. “Hüquq Dünyası” Hüquqi Təbliğat İB-nin əməkdaşı, gənc psixoloq Zümrüd Əkbərovanın rəhbərliyi ilə həyata keçirilən layihə Prezident yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. Layihə 16 iyun 2014-cü il tarixində başlanılıb və 16 sentyabr 2014-cü il müddətinə kimi davam edib.
Layihənin əsas məqsədi məişət zorakılığına məruz qalan gənc qadınlara psixoloji və sosial dəstəyin göstərilməsi və bu mövzuda hüquqi maarifləndirmə işinin həyata keçirilməsi idi. Layihədən məişət zorakılığının qurbanı olmuş gənc xanımlar, ali və orta ixtisas məktəblərinin tələbələri, QHT və KİV nümayəndələri faydalanıb. Proyektə aidiyyəti sahə üzrə dövlət qurumlarının nümayəndələri, eləcə də gənc hüquqşünas, psixoloq və sosial işçilər ekspert qismində cəlb olunub.
Layihə çərçivəsində məişət zorakılığına məruz qalmış gənc qadınlarla fərdi psixoloji iş aparılıb.
Layihə çərçivəsində sosial iş, psixologiya və tibb təhsili alan 60 tələbə üçün məişət zorakılığı mövzusunda təlimlər keçirilib. Təlim iştirakçılarına bukletlər və Azərbaycan Gənclər Fondunun loqosu ilə hazırlanmış köynəklər paylanıb. Layihənin əsas məqsədi məişət zorakılığı mövzusunda maarifləndirmə olduğundan ictimai yerlərdə müxtəlif yaş qruplarından olan insanlara, xüsusilə də gənclərə bukletlər paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info