Azərbaycan məhsulları Rusiya aqrosənaye sərgisində nümayiş etdirilir
Tarix: 08.10.2014 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Azərbaycan məhsulları aqrosənaye sərgisində nümayiş etdirilir. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir, rəqabətqabiliyyətli məhsul istehsalının həcmi artır, ixrac imkanları genişlənir. Özəl sektora kompleks dövlət dəstəyi tədbirləri, məqsədli dövlət proqramlarının icrası, güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və s. kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, müasir texnologiyaların tətbiqinə əsaslanan iri istehsal müəssisələri yaradılır. Bu müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Belə sərgilərdən biri də oktyabrın 8-də Moskvada fəaliyyətə başlayan “Qızıl payız - 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisidir. Sərgidə kənd təsərrüfatı məhsulları nümayiş etdirilir, eləcə də bu məhsulların satışı təşkil edilir.
8-11 oktyabr tarixlərində fəaliyyət göstərəcək “Qızıl payız - 2014” sərgisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti iştirak edir. Bu şirkətlər meyvə-tərəvəz məhsulları ilə yanaşı, müxtəlif növ meyvə şirələri, cemlər, mürəbbələr, tomat pastası və s. kimi emal məhsullarını nümayiş etdirir və satışını həyata keçirirlər.
Sərgi Azərbaycan şirkətləri üçün istehsal etdikləri məhsulların tanıdılması, ixracının daha da artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
“Qızıl payız - 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsulların çoxçeşidliliyi, yüksək keyfiyyəti, qablaşdırma səviyyəsi rusiyalı istehlakçılar tərəfindən böyük maraqla qarşılanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info