Azad Rəhimov Helen Klarkla görüşüb
Tarix: 08.10.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı gənclər sahəsində Azərbaycanda həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları haqqında məlumat verilib, birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Eyni zamanda, görüşdə bu il 28-30 oktyabr tarixlərində Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, UNESCO və BMT-nin gənclər siyasəti üzrə xüsusi qurumu tərəfindən Bakıda gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum barədə danışıqlar aparılıb.
Forumun gənclər siyasətində böyük və uğurlu addım olduğu, bu sahədə yeni istiqamət olacağı qeyd olunub. Bildirilib ki, dünyanın 200-dən artıq ölkəsindən 700-dən artıq iştirakçını bir araya toplayacaq forum gənclər siyasəti sahəsində yeni təcrübələrin əldə olunmasında, ölkələrarası fikir mübadiləsinin aparılmasında xüsusi önəm daşıyacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info