Regiondakı Olimpiya komplekslərinin gənc nəslin fiziki-mənəvi inkişafında rolu
Tarix: 08.10.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Qax Olimpiya Kompleksində futbol, üzgüçülük, taekvondo, sərbəst güləş üzrə yaradılmış qruplarda 150 nəfərədək yeniyetmə və gənc idmanla müntəzəm məşğul olur
Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan nəhəng idman kompleksləri Azərbayacanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnib. Bütün bunlar isə, ilk növbədə, dövlət başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə müşayiət olunur. İdman hərəkatının geniş vüsət aldığı Azərbaycanda Olimpiya İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı xarakter alıb. Bu baxımdan regionlarda inşa edilən komplekslərin böyük önəmi var. Belə ki, idman kompleksləri regionda yaşayan uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafı, sağlam böyüməsi, mənfi vərdişlərdən uzaqlaşması üçün mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsindəki yazımız Qax Olimpiya İdman Kompleksinin uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafında oynadığı rola həsr olunub. Qeyd edək ki, regionun ən böyük Olimpiya İdman komplekslərindən olan bu idman mərkəzində bir çox yarışların, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırıb. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılıb. Universal idman zalında Danimarkanın “Junkers” firmasının istehsalı olan xüsusi döşəmə salınıb. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılıb. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları var. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilib. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.

“İdman, əlbəttə ki, sağlamlıqdır. Eyni zamanda, idman vətənpərvərlik hisslərini də gücləndirir, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və almalıdırlar”

Kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilib. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilib, məşqçi və hakim otaqları yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları var. Prezident kompleksin açılışında bildirmişdi ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar: “İdman, əlbəttə ki, sağlamlıqdır. Eyni zamanda, idman vətənpərvərlik hisslərini də gücləndirir, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar və almalıdırlar. Müstəqillik dövründə gənclərimiz yetişir. Bizim idman uğurlarımızı təmin edən idmançıların böyük əksəriyyəti müstəqillik dövründə doğulmuşlar. Ancaq hamısı müstəqillik dövründə formalaşmışlar. Müstəqilliyin üstünlüklərini hər bir Azərbaycan vətəndaşı görür. Bu, reallıqdır. Mən keçən dəfə qeyd etmişəm, dəfələrlə demişəm və bir daha deyirəm ki, Azərbaycan tarixdə heç vaxt, heç bir tarixi mərhələdə bu qədər güclü, bu qədər azad, bu qədər müstəqil olmamışdır. Müxtəlif tarixi dövrlərdə bizim dövlətçiliyimiz də olub, digər rəmzlərimiz, dövlət atributları olub. Ancaq bugünkü müstəqillik mütləq müstəqillikdir. Bu müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir. Gənclər də məhz bu ruhda tərbiyə almalıdır. Çünki gələcəkdə ölkəmizin taleyi onlardan asılı olacaqdır. Onların biliyindən, vətənpərvərliyindən, Vətənə sədaqətindən asılı olacaqdır. Bizim nəsil, yaşlı nəsil, orta nəsil elə nümunə göstərməlidir ki, gənclər bu nümunəni götürüb gələcəkdə, bax, bu yolla getsinlər - müstəqillik yolu ilə. Bir də ki, müstəqillik dövründə istər beynəlxalq aləmdə, istər iqtisadi sahədə o qədər böyük uğurlar əldə edilib ki, hər bir vətəndaş haqlı olaraq qürur hissi keçirir”. Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini də həfələyib. Bu məqsədə çatmaq üçün görülən işlər bəhrəsinin verməkdədir. Belə ki, dövlət başçısının həyata keçirdiyi siyasətin nəticəsi olaraq bu gün demək olar ki, əksər bölgələrmizdə müasir tipli Olimpiya İdman Komleksləri fəaliyyət göstərir. Dövlət başçısının idman sahəsini daim diqqətdə saxlaması, idmançıların qayğı ilə əhatə olunması Azərbaycan idmanının möhkəm və sağlam təməllər üzərində inkişafını təmin edib. Son dövrlərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaradıb. İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyil. Bu həm rəsmi statistikada öz əksini tapır, həm də bizim idmançıların yarışları mətbuatda, televiziyada çox geniş yer alır. Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilib. İdman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə çevrilib. Ölkəmizdə həyata keçirilən idman siyasəti yeniyetmələr və gənc nəslin idmana olan marağını artırıb. Respublikamızın demək olar ki, bütün bölgələrində istifadə verilən Olimpiya İdman Kompleksləri yeniyetmə və gənclərin sevimli yerinə çevrilib. Bu komplekslərin inşa edilməsinin əsas məqsədlərindən biri də elə yeniyetmə və gəncləri buraya cəlb etmək, onları mənəvi və pis vərdişlərdən uzaqlaşdırmaq və gələcək üçün sağlam nəsil yetişdirməkdir. Bu məsəldə təbliğatın böyük rol oynadığı hamıya məlumdur. Bu baxımdan Qax Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafına və kütləviliyinin təmin olunmasına öz töhfəsini verməkdədir. Universal idman zalı, müasir standartlara uyğun üzgüçülük hovuzu, süni ot örtüklü futbol stadionu, basketbol, voleybol, tennis meydançaları və digər idman qurğularının fəaliyyət göstərdiyi bu idman mərkəzində müxtəlif yarışların, təlim-məşq toplantılarının, tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. “Qax Olimpiya İdman Kompleksi” MMC-nin direktoru Rasim Məmmədov bildirib ki, hazırda kompleksdə idmanın olimpiya növlərindən olan futbol, üzgüçülük, taekvando, sərbəst güləş üzrə yaradılmış qruplarda 150 nəfərədək yeniyetmə və gənc idmanla müntəzəm məşğul olur. Bundan əlavə, əhalinin müxtəlif yaş qrupları da öz sağlamlıqlarının qeydinə qalaraq vaxtaşırı kompleksin xidmətlərindən istifadə edir. Yay aylarında idman kompleksinin xidmətlərindən abunəçi qismində 400, birdəfəlik buraxılışlarla isə 2 min nəfərdən artıq əhali yararlanıb. İdman qurğusunun rəhbərliyi əhalini, xüsusilə yeniyetmə və gəncləri kompleksin xidmətlərindən daha çox yararlanmağa dəvət edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info