İkimərtəbəli evini “iPhone 6”ya dəyişən var
Tarix: 08.10.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Amerikanın Detroyt şəhərində daşınmaz əmlak agentliyinin saytında qeyri-adi təklif verilib: bir kişi ikimərtəbəli evini satır və ya onu "iPhone 6" ilə dəyişməyi təklif edir. Bu barədə "Fox 2" telekanalı məlumat yayıb. Üç yataq otağı olan kərpic ev hələ bir neçə ay bundan əvvəl beş min dollara satışa çıxarılmışdı.
Avqustda onun qiyməti 3 min dollaradək aşağı düşüb. Ancaq özünü müflis elan edib şəhərdə mülk almağı arzu edən tapılmadığından evin sahibi onu yeni smartfona dəyişməyə qərar verib. Rieltor bildirib: “Bu elan həqiqidir. Mənim müştərim xaricdə yaşayır və o, mənə bu sövdələşməni tapşırıb. Evin əvəzinə o, "iPhone 6 Plus" və ya yaddaşının həcmi 32 qiqabayt olan "iPad" istəyir”. “ABC News”un məlumatına görə, mülkün sahibi Avstriyada yaşayır, o, heç vaxt Detroytda yaşamayıb. Adı açıqlanmayan bu şəxs 2010-cu ildə bu evi icarəyə vermək üçün 41 min dollara alıb. Lakin o, satıcının həmin evi 2 həftə əvvəl cəmi 10,5 min dollara aldığını bilməyib. Şəhər tənəzzülə uğrayanda evi kirayələmək istəyən olmayıb. Bu arada, daşınmaz əmlak agentliyinə artıq bu təkliflə maraqlananlar müraciət ediblər. Onlardan biri evi "iPhone 5"-lə dəyişdirməyi, ikisi isə ev üçün müvafiq olaraq 850 və 700 dollar təklif edir.
Qeyd edək ki, Detroyt şəhəri 2013-cü il dekabrın 3-də müflis elan edilib. Həmin vaxt şəhərin borcu 18,5 milyard dolları ötüb, büdcə kəsiri isə 280 milyon dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
14.09.2020
Diş ağrısı niyə gecələr başlayır?
14.09.2020
Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info